Qaynarxett.az xəbər verir ki, görüş Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında keçirilib.
Deputat şəhid övladlarının həyatında mühüm mərhələ olan ilk məktəb gününün sevincini onlarla bölüşüb, balacaları təbrik edib və onlara xoş arzularını çatdırıb.
Pərvin Kərimzadə uşaqlara möhkəm can sağlığı, təhsillərində uğurlar, gözəl gələcək və bütün arzularının gerçəkləşməsini diləyib.
Görüşdə qeyd olunub ki, şəhidlərimizin övladlarının hər zaman diqqət və qayğı ilə əhatə olunması, onların xoşbəxt gələcəyinin təmin edilməsi cəmiyyətin əsas dəyərlərindən biridir.
“Qoy ilk məktəb addımları uğurlu, yolları daim işıqlı olsun. Onların üzündəki təbəssüm heç vaxt əskik olmasın”, – deyə deputat bildirib.








