Milli Məclisin deputatı Razi Nurullayev seçicilərlə görüş keçirib.
Qaynarxett.az deputatın sosial şəbəkə hesabında paylaşımını təqdim edir.
İmişlidə seçicilərlə görüşdüm, ailələri ziyarət etdim və yas məclislərində oldum.
İnsanların qayğısı çoxdur və bu məni narahat edir. Dövlət orqanları vətəndaşlara kömək etməlidir, bu onların borcudur, belə görünür ki, bu xidmət yaxşı səviyyədə deyil. Bir də görürəm ki, xidmətlərin haqqı, qiymətlər, hətta cərimələr də günü-gündən artır, nəzarət çoxalır və sanki vətəndaşlardan daha çox pul qopartmaq üçün yeni-yeni əlavələr düşünülür.
Bunun səbəbindən biri dövlət orqanlarının vəzifəli şəxslərinin xalqdan uzaq düşməsidir. Rahat kreslolarda da insanları qəbul etməklə onların çətinliyini başa düşmək olmaz. Bir çoxları ümumiyyətlə rahat həyatdan, cah-cəlallı yaşayışdan kresloya yiyələniblər deyə heç xəbərləri də yoxdur ki, bu dövlət necə qurulub, hansı fəlakətlərdən, çaxnaşmalardan keçib.
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
Sosial
Sosial
gundem / Sosial
Sosial
Sosial
gundem / Sosial