backend

ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?

"Gəncə Dövlət Universitetinin 1 oktyabr 2024-ci il tarixində keçirilən elmi şurasında GDU əməkdaşlarına maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə universitetin bütün əməkdaşlarının əmək haqqısı 20 faiz artırılması haqqında qərar qəbul edilib. Bundan əlavə 5 oktyabr müəllimlər günü münasibəti ilə univeristetin bütün əməkdaşlarına maaşlarının 10 faizi məbləğində mükafat verilməsi haqqında da qərar verilib. Lakin, Azərbaycan Dövlət Aqrar Universitetinda nəinki müəllimlərin maaşına artım edilib, hətta bu günə qədər müəllimlər sentyabr ayının maaşını ala bilməyiblər".

"DİA-AZ" xəbər verir ki, bu barədə ADAU müəllimləri adından ölkə rəhbərliyinə ünvanlanan müraciətdə deyilir.


Müraciət müəllifləri daha sonra yazırlar:


"Ona görə də kollektiv arasında böyük narazılıq yaranıb.


Deyilənlərə görə Z.Qurbanov müəllimlərin əmək haqqısını gecikdirib, bankda saxlayaraq özü üçün qazanc əldə edir.


Müəllimlərin dərs yükü digər univeristetlərdə 500-550 saat olduğu halda ADAU-da 600-650 saata qaldırılıb ki, bu da kifayət qədər şübhəlidir".

Qeyd edək ki, müraciətin növbəti hissəsində ADAU rektoru Zəfər Qurbanovla bağlı ilginc iddialar səsləndirilir. Bu barədə növbəti yazıda...

BİZİ İZLƏYİN...