backend

Səmərqənddə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - VİDEO (Yenilənib)

“Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra Rusiya ilə münasibətlərdə müsbət dinamika müşahidə edilir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Səmərqənddə keçirilən ikitərəfli görüşü zamanı bildirib.
Dövlət başçısı bir neçə ay öncə müxtəlif sektorlar üzrə də mühüm sənədlərin imzalandığını xatırladıb və bütün istiqamətlərdəki əməkdaşlıq baxımından bu ilin yüksək göstəricilərlə başa vurulacağından əmin olduğunu deyib.
Həmçinin, Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş münaqişəyə operativ reaksiyaya görə Putinə təşəkkür edib.
“Ermənistanla sərhəddə iki günə yaxındır ki, atəşkəs rejiminə əməl olunur. Ölkələrin heç birinin münaqişəni gərginləşdirmək niyyəti olmayıb” - deyə İlham Əliyev bəyan edib.
Putin isə öz növbəsində Azərbaycanla Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasından narahatlığını ifadə edib. O, ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini vurğulayıb.



19:09
Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ikitərəfli görüş keçirilir.
Danışıqlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş tutub.
Görüş zamanı Rusiya dövlət başçısı ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib.