Qaynarxett.az Türkiyənin ölkəmizdəki səfirliyinə istinadən xəbər verir. Partiya sədri, həmçinin onu müşayiət edən heyət Ağdam Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində və Xocalı qətliamında şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət edib.
Ziyarət zamanı Destici “Əşr-i şərif” (Qurani-Kərim duası) oxuyub, şəhidlər üçün dualarını dilə gətirib.
Destici səfərlə bağlı açıqlamasında "Türk dünyasının taleyini şəhidlərimizlə bir daha hiss etdik. Qarabağ türklərin vətənidir. Bu torpaqlarda canından keçən əziz qardaşlarımızı rəhmətlə yad edirik" deyib.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı vurğulayan Destici, "Biz iki ayrı dövlətik, amma bir millətik. Bu birlik və həmrəylik əziz şəhidlərimizin xatirəsi üzərində qurulub”-deyə, bildirib.














