backend

Xırdalandakı 3 nomrəli məktəb-liseydə Xocalı soyqırımına həsr olunmuş MÖHTƏŞƏM TƏDBİR - Video/Foto

…1992-ci il şaxtalı fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən “366-cı” motoatıcı alayının köməyi və birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum edib, onu viran qoydu, yüzlərlə köməksiz, günahsız insanları amansızcasına qətlə yetirdilər.

Bu cinayətkar hərbi birləşmənin vəhşiliyi nəticəsində Xocalının 613 nəfəri şəhid edildi, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc əhalini guya xilas etmək məqsədilə vertolyotlara mindirib, Ermənistana apardılar. Onların əksəriyyəti qadınlar, qocalar və uşaqlar idilər. Bu zavallı insanlar xilas olmaq əvəzinə, vəhşi və azğın erməni həqarətinə məruz qaldılar. Xocalının 150 nəfər sakininin taleyi hələ də məlum deyil. Bu adamların qanı, ürək, böyrək və digər orqanları onlardan götürülərək öldürülmüşlər.

Xocalıda şəhid edilmiş 613 nəfərdən 106-sı qadın, 63-ü azyaşlı uşaqlar idi. 76 nəfər isə yetkinlik yaşına çatmamış oğlan və qızlar idi…



BİA.az xəbər verir ki, bu sətirlər Xırdalan şəhər B.Y.Cəfərov adina 3 nomrəli məktəb-liseydə qan yaddaşımız - Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirildi. Məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə məktəb rəhbəri başda olmaqla, direktor müavinlərindən Xatirə Abdullayeva, Mahrux Camalova, Jalə Məmişova və məktəb-liseyin məzunu şəhid Cəfərov Qurban Xanlar oglunun anası Mətanət xanım, şəhid Bayramov İlkin Bayram oğlunin bacısı Sevinc Bayramova, digər qonaqlar iştirak edirdilər. Olduqca təsirli və diqqətçəkən tədbirdə məktəb-liseyin 6 "a" sinif şagirdləri faciə qurbanlarına həsr olunan şeirlər söylədilər, qan yaddaşını əks etdirən səhnəciklər göstərdilər, Xocalının və şəhid xocalıların əziz xatirəsinə mahnılar ifa etdilər. Bir sözlə, yüksək səviyyədə baş tutan və məktəblilərin ifasında peşəkarlıqla nümayiş olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçılarını kövrəltdi, məktəb şagirdlərinin yaddaşında bu tarixi faciəni törədənləri bir daha yenilədi. Qeyd edək ki, tədbirin ugurla baş tutmasında 6 "a" sinfinin  rəhbəri Aygün Xələfovanın əməyi böyükdür. Aygün müəllimə ədəbi-bədii kompozisiyanın hazırlanmasında səylə calışaraq əsl peşəkarlıq nümayiş etdirmişdir.

Tədbirin sonunda Xırdalan şəhər B.Y.Cəfərov adina 3 nomrəli məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva bir daha vurguladı ki, Xocalıda 8 ailə evqarışıq yandırılıb məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. Xocalının 7 minlik əhalisinin yarısı məhv edilib. Bax, budur erməni vəhşilərinin törətdiyi cinayət. Bu, tarixdə görünməmiş soyqırım idi. Bunu heç bir azərbaycanlı unutmamalıdır.