backend

Hakimiyyətin böyük ixtisar planı

Hakimiyyətin böyük ixtisar planı




















Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi son deyil. Daha bir neçə qurumun ləğv edilməsi ilə bağlı plan var

qaynarxett.az xəbər verir ki, bu haqda "Azadlıq" qəzeti məlumat yayıb. Qəzetə məlumat verən hakimiyyətdəki mənbə deyib ki, dövlət qurumlarının ləğvi hakimiyyətin böyük ixtisar planının tərkib hissəsidir. “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bir səbəbi də neftin ucuzlaşması və artıq hakimiyyətin ixtisarlara getmək məcburiyyətində qalmasıdır. Lakin bu son deyil. Yaxın vaxtlarda ”Melorasiya və Su Təsərrüfatı" ASC də ləğv oluna bilər. Bu qurumun səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi ilə bağlı müzakirələr gedir. Ümumiyyətlə isə böyük ixtisar planında bir çox dövlət qurumunun, yaxud ştatların ixtisara salınması gözlənilir",-deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır: “Bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Məsələn, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də neft şirkətinin yaşıllaşdırma idarələri var. Yaxud Azərbaycanda ayrıca Xüsusi Dövlət Mühafizə Xidməti olduğu halda DIN-də də Baş Mahifaziə Polisi Idarəsi var. Bundan başqa, hər nazirliyin özünün mühafizə xidməti var. Pokurorluğun, DIN-nin, MTN-nin və Ədliyyə Nazirliyinin tabeliyində istintaq idarələri var. Eyni zamanda MTN-in, və DIN-nin narkotiklərlə mübarizə idarəsi mövcuddur. Hökumət düşünür ki, bir-birini təkrarlayan qurumlara ehtiyac yoxdur. Bu, hakimiyyət daxilində gərginliyə səbəb olsa da, iqtidar ideoloqları hesab edir ki, böhrana görə bu addımı atmaq vacibdir. Lakin ixtisar prosesində hansı qurumun itirib, hansının qazanacağı da hələ bəlli deyil”.

Mənbə daha sonra bildirib ki, Mənzil Istismar Sahələri də ləğv oluna bilər. “Bu, xüsusilə Bakıya aiddir. Həm Bakı, həm də rayonların ”JEK"ləri var. Hökumət bunları bir qurumda birləşdirməyi düşünür. Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılması düşünülür. Bir sözlə, yaxın aylarda neftin qiymətində əhəmiyyətli artım olmayacağı təqdirdə hakimiyyət böyük ixtisar planını işə salacaq. Nəticədə minlərlə insan işsiz qalacaq", - deyə mənbə bildirib.