backend

Qəbələ rayon Bayramkoxalı Kənd Tam Orta Məktəbinin sinif otaqları "arenda"ya verilib? - Direktorun xəbəri yoxdur

Qaynarxett.az-n vatcapp səhifəsinə Qəbələ rayon Bayramkoxalı tam orta məktəbinin sinif otaqlarının icarəyə verilməsi barədə məlumat daxil olmuşdur.

Direktor Səadət Hümbətova ilə əlaqə saxladıq. Səadət xanım bildirdi ki, xəbərim yoxdur. Şagirdlərdən sorğular apardığımız zaman bəlli oldu ki, hər bir şagird 20 - 25 - 30 azn arası ödəniş edərək repetitorların dərslərində iştirak edirlər. Saat 16:20 radələri olmasına baxmayaraq şagirdlər məktəbin sinif otaqlarında repetitor Qızqayıt müəllimə, Yaqut müəllimə və Gültəkin müəllimlər dərs keçirdilər. Adiyatı olan orqanlar araşdırma aparsınlar və məktəbdə sinif otaqlarında ödəniş almaq doğrudurmu? Yeni direktor Səadət Hümbətova repetitor müəllimlərə bəraət qazandırır, baş vermiş bu qanunsuzluga göz yumur.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az