backend

Neft-Energetika kollecində unikal vəziyyət: Direktor isti kabinetində kef çəkir, tələbələrsə…

Neft-Energetika kollecində unikal vəziyyət: Direktor isti kabinetində kef çəkir, tələbələrsə…
















Mehman Abduləzizovun direktorluq etdiyi kollecin sinif otaqları soyuducuya çevrilib.

Bu barədə redaksiyamıza kollecdə təhsil alan tələbələr məlumat veriblər. Onların sözlərinə görə, havaların soyuması ilə sinif otaqları ilə çölün heç bir fərqi qalmayıb. Belə ki, istiliyin verilməsinə baxmayaraq, direktor heç bir iş görməyərək tələbələri soyuqda saxlayır. Dəfələrlə bu barədə tələbələr tərəfindən tələb irəli sürülsə də, heç bir iş görülməyib.

Məlumata görə kollec direktorunun öz otağını sinif otaqlarından fərqli olaraq isitdiyini və otağından çölə çıxmadığı qeyd edilib. Artıq kollecdə onlarla tələbə xəstələnərək dərslərə gəlməməyə başlayıblar.

Qeyd edək ki, kollecin adı mətbuatda imtahan vaxtlarında ən çox rüşvət yığılan kolleclər siyahısındadır.