backend

ASTARA PEDAQOJI KOLLECİ, YOXSA KOLXOZ BAZARI…?

ASTARA PEDAQOJI KOLLECİ, YOXSA KOLXOZ BAZARI…?























“Qulaqburması”na şikayət edən Astara rayon sakini rayonda fəaliyyət göstərən Pedaqoji Kollecinin rüşvət yuvasına çevrilməsini, kollecdə təhsilə ökey münasibətin olduğunu və bəzi şəxslərin bu elim ocağını biznesə çevirmələrini ürək ağrısı ilə bildirir

O qeyd edir ki, kollecin direktorunun qəbul otağına “elə-belə” girmək mümkün deyil. Kollecin girəcəyində qurulmuş mühafizə postundan əlin boşdursa içəri keçə bilməzsən. Kənddən gələn və yaxud da pay-puşt "sumka" ilə gələn adamlar direktor Əlihəsən müəllimin və şöbə müdirlərinin otağına keçən kimi artıq şərtlər müəyyənləşir:
1 həftəyə icazə 30 manat
1 aya icazə 200 manat
Axırıncı dərsdən evə getmək 20 manat
Fond pulu 30 manat
Yataqxanada qalmaq 30 manat
Kollecdə 1400 - ə qədər tələbə oxuyur, dərslərdə isə hal - hazırda 500-550 tələbə iştirak edir. Tələbələr pedaqoji təcrübəyə getmirlər. Təcrübənin qiyməti 100 manatdır. Qiyabi şöbənin müdiri hər ay qiyabiçiləri kollecə çağıraraq yoxlama yazı işini 20 manat, kurs işinə görə isə 50 manatdan pul yığır. Dövlət imtahan pulları müəyyənləşib. Adi diplom 300 manat, frəqlənmə diplomu 500 manat alındıqdan sonra sahiblərinə verilir...
Təhsil müəssisəsinin direktoru uzun müddət bu vəzifədə çalışan fəlsəfə elmləri doktoru Əlihəsən Əli oğlu Həmzəyevdir. Neçə illərdir direktor işləyən bu şəxsə bu zaman kəsiyində bircə dəfə də olsun "gözün üstə qaşın var" deyən olmayıb. Təhsil müəssisəsində problemlər göz çıxarsa da, direktor bundan narahatlıq hissi keçirmir. Bizə çatan məlumatlara görə, kollecdə təhsil alan tələbələr qış və yay semestrləri öncəsi şöbə müdiri və direktoru mütləq "görməlidir”lər...
Kollecin direktoru haqda çox danışmaq olar. Amma qısa olaraq bunları qeyd etmək yerinə düşər: Əlihəsən Həmzəyevin Astaradakı istirahət pansionatından hamının xəbəri var. Dəniz kənarında yerləşən bu istirahət pansionatının uzunluğu 1000 metrdir. Bakıda müxtəlif yerlərdə 5 otaqlı mənzillər alan Əlihəsən Həmzəyev var-dövlətini möhkəmlətməklə məşğul olduğundan təhsili unudub.
Müəllim tələbə ünsiyyəti də qeyri-şəffav vəziyyətdədi. Müəllimlər tələbələrə dilləri ilə deyir ki, əziyyət çəkib dərs oxumayın, onsuz da direktor sizi imtahandan keçirməyəcək. Həqiqətən də, belədir. Direktor ixtisas rəhbərlərinə və müəllimlərə dəfələrlə tapşırıb ki, heç bir tələbəyə "şirinlik" olmadan qiymət yazmasınlar. Neçə dəfə olub ki, direktora "hörmət" etməyən tələbələr imtahanlardan kəsiliblər. Bu, ənənə halına çevrilib.

Burda pedaqoji kadr hazırlığı aşağı səviyyədədir. Tədris olunan ixtisaslarda savadlı müəllimlər azlıq təşkil edir. İbtidai sinif səviyyəsində savadı olmayan insanlar kollecdə müəllim işləyir. Onları direktor nəyinsə müqabilində işə qəbul edib.

Tələbə kontingenti arasında təhsil ocağının rəhbər heyətinə qarşı inamsızlıq var. Tələbələr oxuyub savad almaq istəsələr də, buna imkan vermir. Fənn-tədris kabinetləri istənilən səviyyədə deyil. Kitabxana və kompyuter mərkəzində də vəziyyət eynidir, yəni burda təhsilin düzəni pozulub, sahibsiz qalan təhsil ocağında xaos höküm sürür. Və bu biabrçılığa da rəsmən göz yumulur.

Sözügedən kollec normal səviyyədə ibtidai sinif müəllimləri yetişdirə bilmədiyi halda, ayrıca xarici dil ixtisasları açıb. İki il müddətinə ingilis dili müəllimləri hazırlayan təhsil ocağı birmənalı olaraq Azərbaycan təhsil sisteminin qəsdinə dayanıb desək yanılmarıq. Hə bele - bele işlər…Siz deyin bura təhsil ocağıdır, yoxsa kolxoz bazarı? Yazının ardı olacaq.