backend

Bakıda arvad ərini döydü

Bakıda arvad ərini döydü






















Söyüşkən kişi cəzalandırıldı

Ötən gecə Bakının Binəqədi rayonunda kişi arvadı tərəfindən döyülüb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Gecə saat 1 radələrində evə içkili halda gələn C.B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi ailə üzvlərini söyməyə başlayıb. Daha sonra uşaqları vurub.

Kişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb. Nəticədə C.B.-nin həyat yoldaşı pol ağacı ilə onu vurub. Bir neçə zərbədən sonra kişi huşunu itirib.

Sonradan ona tibbi yardım göstərilib. Kişi özünə gəlib. Xoşbəxtlikdən onun ciddi xəsarət almadığı müəyyən edilib.