Tailandda oğlan ona xəyanət etdiyinə görə sevgilisini supermarketdə hər kəsin gözü qarşısında güllələyib
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə 38 yaşlı Pada adlı qadınla 41 yaşlı Surasit adlı kişi supermarketdə alış-veriş edərkən baş verib. Qısqanc sevgili onların ikisini də güllələyib.
Cinayətkar əvvəlcə Surasitə atəş açıb. Onu yaraladıqdan sonra sevgilisi Padayanı hədəfə alıb. İki güllə də sevgilisinə vuran qısqanc cinayətkar hadisə yerindən qaçıb.
Yaralı qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.