backend

Bakı küçələrində böyüyən 8 yaşlı uşaq: Məni pol ağacı ilə döyüblər - VİDEO

Bakı küçələrində böyüyən 8 yaşlı uşaq: Məni pol ağacı ilə döyüblər - VİDEO






















O məktəbə də getmir

Səkkiz yaşlı Anar küçələrdə dilənməyə məcbur edilir.

qaynarxett.az ANS TV-nin Bakı küçələrində böyüyən 8 yaşlı uşaq barəsində hazırladığı sujeti təqdim edir.

Anarın dediyinə görə, artıq 6 gündür ki, küçələr onun sığınacağı, yollar isə evi olub. Elə Anarın özünü paytaxtın internet klublarından birində tapdıq. Onun sözlərinə görə, paytaxtın müxtəlif yerlərində dilənçiliklə məşğul olub. Çünki buna onu qardaşları məcbur edir. Dilənçilik etmədiyində isə onu döyüb xəsarətlər yetirirlər. Bu səbəbdən onlardan qorxan Anar orada-burada gecələməyə məcburdur. Anar Məmmədov valideynlərinin isə öldüyünü deyir. Məktəbə də getmir.

“Qardaşlarım məni pol ağacı ilə döyürdülər və dilənməyə məcbur edirdilər”.

Evinin Biləcəridə olduğunu deyən Anarı heç cür ünvanını öyrənib evinə apara bilmədik. Onun dilindən “qardaşlarım məni döyəcək, onlardan qorxuram” ifadəsi düşmürdü. Elə Anarla birgə Azərbaycan Uşaqlar Birliyinin sədri olan Kamalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına üz tutduq. Kəmalə xanım balaca Anara bir müddətlik sahib çıxacaqlarını, onu isti yemək, yataqla təmin edəcəklərini dedi. Azyaşlının psixoloji durumunun nə yerdə olduğunu müəyyən etmək üçün mütəxəssislə görüş təyin ediləcəyini də vurğuladı. Bu da təbii ki, Anarın valideynləri, yaxınları tapılana kimi.

“Sabah məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsinə Anar barədə məlumat verəcəyik. Eyni zamanada Binəqədi İcra Hakimiyyətinin qəyyumluq komissiyasına müraciət olunacaq. Eləcə də onun valideynlərinin, qohumlarının ortaya çıxmasını gözləyəcəyik”, – deyə Kəmalə Ağazadə bildirdi.

Hər halda, bu günlük Anarın taleyindən əmin ola bildik. Amma onun gələcəyinin necə olacağını isə yaxınlarının üzə çıxması həll edə bilər.