backend

Qara çayın qadınlara inanılmaz faydası

Qara çayın qadınlara inanılmaz faydası






















Qara çayın tərkibindəki antioksidantlar yaş artdıqca baş qaldıran sümük əriməsi probleminin qarşısını alır.

qaynarxett.az Publika.az-a istinadən xəbər verir ki, uzun araşdırmalardan sonra yapon alimləri bu qənaətə gəlib.

Onların fikrincə, “Osteoporoz” adlanan və yaşlı insanlarda sümük əriməsi kimi tanınan xəstəliyin müalicəsində qara çay olduqca faydalıdır. Keizo Nişikavanın Osaka Universitetində reallaşdırdığı tədqiqat sonucu qara çaydakı theaflavin-3 adlı antioksidantın sümük toxumasına zərər verən “metiltransferas” adlı fermenti məhv etdiyi üzə çıxıb.

Yapon alimlərinin açıqlamasına görə, xəstəliyin müalicəsində ciddi irəliləyiş əldə etmək üçün xəstə içdiyi çayın miqdarını artırmalıdır. Məsələn, çəkisi 60 kq olan bir insan sümük toxumasını gücləndirmək üçün üç gün ərzində 60 stəkan çay içməlidir.