backend

“Sərt yazan jurnalistləri tamamilə başqa maddələrlə həbsxanaya salmaq təcrübəsi formalaşıb”

“Sərt yazan jurnalistləri tamamilə başqa maddələrlə həbsxanaya salmaq təcrübəsi formalaşıb”































“Ağlı başında olan adamların qəbul olunmasının əleyhinə çıxmasını anlamaq mənim üçün çətindir”

qaynarxett.az xəbər verir ki, Millət vəkili Fərəc Quliyevin "Diffamasiya haqqında" qanunun qəbulunun əleyhinə olduğunu söyləməsi mediada birmənalı qarşılanmadı. Ölkənin mövcud reallıqlarını bilən və söz azadlığının durumundan məlumatlı deputatın bu fikirləri təbii ki, media cameəsi tərəifindən qəbul edilmədi.

Fərəc Quliyevin digər həmkarı Fazil Mustafa isə Moderator.az-a açıqlamasında fərqli düşündüyünü və bu qanunun qəbulunun zəruriliyini bildirdi.

Tanınmış media eksperti, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu qanunun məhz jurnalist təşkilatlarının təqdim etdiyi variantda qəbulunu vacib hesab edir:

"Neçə illərdir ki, tilsimə düşmüş "Diffamasiya haqqında" qanunun qəbul olunması çox vacibdir. Həm də arzu olunardı ki, bu qanun jurnalist təşkilatlarının təklif etdiyi variantda qəbul olunsun. Güman edirəm ki, belə bir addım Azərbaycanın zədələnmiş demokratik imicinin bərpasına kömək edə bilər. Ağlı başında olan adamların qəbul olunmasının əleyhinə çıxmasını anlamaq mənim üçün çətindir. Düzdür, bu qanun ölkədə azad düşüncəli və tənqid yazan jurnalistləri həbsxanaya düşməkdən xilas etməyəcək, çünki (və təəssüf ki) bizdə sərt yazan jurnalistləri tamamilə başqa maddələrlə (xuliqanlıq, vergidən yayınma və s.) həbsxanaya salmaq təcrübəsi formalaşıb. Bütün bunlara baxmayaraq, bütün hallarda qanunun qəbulu mətbuatımızın inkişafı üçün müsbət bir impuls olar və jurnalist həmkarlarımızı daha məsuliyyətli olmağa və peşə etikasını daha həssas bir şəkildə gözləməyə sövq edərdi. Ona görə də parlament bu qanunun qəbulunu sürətləndirməlidir."