backend

Saatlının jurnalist-işbazı

Saatlının jurnalist-işbazı































Qanun və Şərhlər” və “ Media – inform” qəzetlərinin təsisçisi və baş redaktoru Bəylər İmanlı qalmaqalı

Əvvəlki illərdən fərqli olaraq Azərbaycan jurnalistikası xeyli inkişaf edib. Yeni jurnalist nəsli yetişib. Onlar ictimaiyyətin informasiya almaq hüququna xidmət etməkdə öz professional borclarını lazımi qədər yerinə yetirirlər. Cəmiyyət qarşısında məsuliyyət dərk edən jurnalistlərimiz heç də az deyil ki, çoxdur. Lakin bu gün jurnalistikamızın ən böyük bəlası “reket jurnalistlərdir”. Mətbuat Şurasının onlara qarşı mübarizəsi təqdirəlayiq olsa da, hələ də belə “jurnalistlərin” kökünü kəsmək mümkün olmayıb. Etiraf edək ki, bu mübarizədə ictimaiyyət də yaxından iştirak etməlidir. Bir də bəlkə Mətbuat Şurasının səlahiyyətləri artırılarsa, mübarizə daha effektli olar, vətəndaşların şərəf və ləyaqətinin alçaldılması halları aradan qaldırılar.

Saatli rayonundan redaksiyamızın elektron poçtuna bu mövzuda maraqlı bir yazı daxil olmuşdur. Həmin yazının içtimai maraq doğuracağını nəzərə alıb onu olduğu kimi dərc edirik:

“Özünü Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü kimi təqdim edən “ Qanun və Şərhlər” və “ Media – inform” qəzetlərinin təsisçisi və baş redaktoru , 20 ilə yaxındır ki, latın qrafikalı Azərbaycan Əlifbasını öyrənib, adını və soyadını yaza bilməyən Bəylər İmanlı savadı və peşəkarlığı ilə deyil, şantajla, ucuz sensassiya yaratmaqla gündəmə gəlməyə çalışır. İki qəzetin təsisçisi və baş redaktorluğundan gözləri doymayan Bəylər müəllim indi də yeni “ Media TV “ təsis edib və rayonlarda məmurları, idarə və müəssisə rəhbərlərini şantaj etməklə məşğuldur.
Bəylər İmanlının əsas hədəfi isə doğulub boya – başa çatdığı Saatlı rayonu və bu rayondakı idarə - müəssisə rəhbərləridir. Bu yaxınlarda adına saxta sənədlər aldığı bir neçə xəstəni əlillik təyin edilməsi üçün 34 saylı TSEK - ə gətirən Bəylər İmanlı sədr Ərkinaz Məmmədovanın bu sənədləri qəbul etməyəcəyini eşidincə, növbəti kommissiya günü Saatlıya “şantajçı TV “ komandası ilə gəlir. Operator və bir dəstə “kooperativ” jurnalist qəflətən TSEK-ə daxil olur və buradakı “qanunsuzluqları” çəkməyə başlayır. “Siz burada xəstə olmayanlara əlillik dərəcəsi verirsiniz” – deyərək binanı, bina qarşısındakı lövhəni, hətta zorla sədr otağına daxil olub, oradakı komissiya üzvlərini çəkirlər. Çox maraqlıdır ki, baş redaktor Bəylər İmanlı burada özünü həm tanınmış jurnalist, çox səriştəli hüquqşünas, əvəzolunmaz həkim kimi aparır. Adi etik qaydalara belə riayət etməyən “baş redaktor” TSEK sədrini rüşvətxorluqda , qanunsuz əməllərdə ittiham edərək, onun başına oyun açacağı ilə hədələyir.

Bəylər İmanlı kimdir və o, bu jurnalistakaya necə gəlib?

Vaxtilə Saatlı rayonunun mərkəzində avtomobil təmiri sexində dəmirçi işləyən Bəylər İmanlı təsadüfən həmin sexdə maşınını təmir etdirən birisi ilə tanış olub və onun təhriki ilə Bakıya “ Azərbaycan” nəşriyyatına gedib. Adını belə yazmağı bacarmasa da, sırtıqlığı, həyasızlığı, şantaj etməyi bacarması onun karına gəlib. Elə o vaxtı da ilk “ jurnalistlik” fəaliyyətini də doğma rayonundan başlayıb. Qəzetdən ezamiyyə vərəqəsi götürüb, o vaxtlar Saatlıda olan “ yeməkxana – fahişəxanalara” gəlib, yeyib – içib, bəzi hallarda elə “dəm” olub, həmin yeməkxanada gecələyib, haqqını alıb və bir həftəyə çəkilib gedib. Çox maraqlıdır ki, həmin dövrlərdə belə “ fahişə” yuvalarının hamısı Bəylər İmanlının “ nəzarətində “ olub. Və bütün bunlardan qəzəblənən və onların nüfuz dairəsini ələ keçirən, “çörək”lərinə dəyən bu dələduzu məhv etmək üçün həmin dövrdə Saatlı rayonunun polis rəisi olan Ağəli Xəlilov və onun müavini Nabil Rəhimov başda olmaqla rayonun polis şöbəsi “ mübarizə” yə qalxıb. Savadsızlığı kimi, siyasəti də zəif olan Bəylər İmanlı bir neçə günün içərisində rayon polisinin toruna düşür. Onu elə “ iş başında” yaxalayıblar və 3 illik “istirahətə” yollayıblar.
Dəfələrlə polis şöbəsində barəsində araşdırma aparılmış, məhkum olunmuş Bəylər İmanlı bu gün də dələduzluq fəaliyyətini davam etdirir. İlk növbədə Mətbuat Şurası, Ədliyyə Nazirliyi onun təhsili ilə, savadı ilə maraqlanmalı, onun “saxta ali“ təhsil diplomunu haradan və necə almasını araşdırmalıdırlar! Diğər tərəfdən Bəylər İmanlının iki qəzeti təsis etməsi üçün Ədliyyə Nazirliyindən necə keçməsi, hansı sənədləri təqdim etməsi araşdırılmalıdır! ”Qanun və Şərhlər” və “ Media – inform” qəzetləri fəaliyyət göstərsələr də heç biri nə DSMF – yə, nə də ki, Vergilər Nazirliynə qeydiyyata alınmamışdır. “ Media – inform” qəzeti 50 – dən çox insana qəzetin vəsiqəsini vermişdir ki, bunlardan heç biri DSMF – yə rüsum ödəmir. Hazırda Bəylər İmanlının fiziki şəxs kimi DSMF – nin Saatlı rayon şöbəsinə 600 manata yaxın borcu vardır . Bəylər İmanlının qəzetdə fəxrlə şəkillərini və barələrində məlumat dərc etdikləri əməkdaşlarının orada işləyib – işləməmələri araşdırılmalıdır!
Alkaqola da çox meyilli olan Bəylər İmanlı özünü jurnalistikanın kralı kimi aparır və keçmişini ( xüsusən Xalac həbsxanasında keçirdiyi günləri) tez unudub! Qanunsuz sənədlərlə xəstəyə əlillik dərəcəsi təyin etmədiyinə görə TSEK sədri barədə cəfəngiyyatlar yazmaq və lentə almaq hər halda kişiyə yaraşmayan hərəkətdir. Əgər qarşı tərəf doğrudan da özünü kişi sayırsa?! “

P.S. Qəzetimiz çapa hazırlanarkən Saatlıdaki mənbə Bəylər İmanlının 34 saylı TSEK- ə saxta sənədlərini təqdim etdiyi “xəstələrin” adlarını da açıqladı. Bunlar Bəylərin həmkəndliləri – Saatlı rayon Nərimankənd kəndinin sakinləri Pəncəliyev Vüqar Ələşrəf oğlu, Mirzəyev Nəbi Ədil oğlu, Məmmədov Füzuli Mirzağa oğlu və Səfərov Vidadi Əşrəf oğludur. Bu “xəstə” lərin sənədləri, həmin sənədlərin hansı yolla alınması və Bəylər İmanlının bu sənədlərin hazırlanmasında rolu hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Biz də öz növbəmizdə yuxarıda adları qeyd olunmuş şəxslərə verilmiş sənədlərin nə dərəcədə doğru olduğunu araşdırmağa çalışdıq. Qeyd edək ki, rayonlarda bəzi “işbaz” adamlar peyda olub ki, onların məharəti ilə sizləri də yaxından tanış edək:
Regionlarda “bacarıqlı” həkimlər həmin “işbaz” adamları lazımi sənədlərlə (forma N088/U –göndəriş), (forma N027/Q-ambulator stasionar xəstənin tibb kitabçasından çıxarış) “silahlandıraraq” həmin xəstələri lazim bildiyi Bakı şəhəri sağlamlıq müəssisələrindən birinə göndərirlər. Əlbəttə ki, qabaqcadan danışılmış ssenari üzrə şəhər müəssisə həkimi rayondan göndərilmiş xəstələri qabul edir, rayonda verilən ilkin müayinələri təsdiq edərək sənədləşdirir və müvafiq rayon TSEK-na həmin vətəndaşları göndərirlər. Artiq lazim olan sənədlər hazır olduğundan əlillik qrupu almaq üçün heç bir maneə qalmır. Bax beləcə dövlətimizin Əmək və Sosial Müdafiəsi Fonduna ayırdığı pullar ayrı-ayrı şəxslərin saxta gəlir mənbəyinə çevrilir.
Redaksiyamıza daxil olan şikayət məktubları yuxarıda qeyd etdiyimiz işbaz həkimlərin məharətini bir daha təsdiq edir. Belə ki, 1)Məmmədov Füzuli Mirzağa oğlu 2)Şərəfov Vidadi Əfsər oğlu 3)Pəncəliyev Vüqar Ələsgər oğlu və digər bir neçə Saatlı rayon sakinləri rayon MRX-nin əməkdaşı ilə əlbir olaraq, N 027/Q va N 088 əldə edərək Bakı şəhəri Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun (Ett va ortopediya institutu) əməkdaşı Əkbərova S.B. yanına üz tuturlar. Qayğıkeş əməkdaş Əkbərova S. qalan xəstələri lazımınca qarsılayır, lazim gəldikdə hətta xəstələri institutda yatmaq üçün yerləşdirərək (guya xəstələr institutda bərpa müalicə kursu keçirlər) onları lazımi arayışla təmin edərək , Saatlı rayon TSEK-na göndərir.
…Hörmətli oxucu gəlin sizinlə birlikdə, həmin sakinlərdən birinin Məmmdov F.nin əldə etdiyi sənədləri araşdıraq.

Saatlı rayon MRX-nin verdiyi forma N027/Q-ya əsasən xəstə 13.03.2013-ci il tarixində həmin müəssisəyə müraciət etmiş və 25.06/2013-ci il tarixinə kimi müalicə kursu keçmişdir. Sonra xəstəyə 25.06.2013-cü il tarixində HAEK göndərişi təqdim olunur və xəstə Bakıya gondərilir. (möhür və imzalar öz qaydasındadır). Ancaq AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun verdiyi 14 mart 2013-cü il tarixli arayışına əsasən Məmmədov F.onlara müraciət etmiş, onun xəstəliyi müayinə olunub, yerli poliklinikada müalicə kursu keçilməsi məsləhət görülür (.Parodoks bir vəziyyət yaranır.. Xəstə 13.03.2013-cü il tarixində yerli poliklinikada geyda alinir, bir gun sonra isə Bakı müəssisəsinin 14.03.2013-cü ildə verdiyi arayışla Saatli rayon MRX-na müalicəyə göndərilir). Nə başınızı ağrıdım, bu məsələ ilə bağlı Bakı şəhəri Ett-ortopediya institutunun əməkdaşı Əkbərova S. həkimə müraciət etdik, “gedin hara şikayət edirsiniz edin” cavabini aldıq. Fikirləşdik ki, məsələyə aydınlıq gətirmək üçün Saatlı rayon MRX-nın poliklinikasına mürəciət edək. Əfsuslar olsun ki, Saatlı şöbə müdürü Etibar həkimi iş yerində tapa bilmədik və onunla telefon əlaqəsi saxladıq. O isə bildirdi ki, vaxtı olanda görüşərik. Əlbəttə cavabdeh şəxslərin belə ciddi məsələyə etinasız munasibəti bizi vadar edir ki, lazım gəldiyi halda rayon və şəhər prokurorluğunun köməyi ilə məsələyə aydınlıq gətirək. Araşdırmamız davam edir.

Akif Məmmədov,
Xüsusi muxbir.