backend

Dövlət Departamenti: ABŞ Qarabağdakı “seçkilər”in nəticələrini tanımayacaq

Dövlət Departamenti: ABŞ Qarabağdakı “seçkilər”in nəticələrini tanımayacaq



















“Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq”

ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımağa hazırlaşmır.

qaynarxett.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bu günkü bəyanatında deyilir.

“ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq biz 3 may seçkilərinin nəticələrini tanımayacağıq”, - ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.

Qeyd edək ki, Avropa İttifaqı və ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkiləri” tanımayacaqlarını bəyan ediblər.