backend

ABŞ Dağlıq Qarabağda baş verən zorakılıqdan narahatdır

ABŞ Dağlıq Qarabağda baş verən zorakılıqdan narahatdır



















Vaşinqton sülhə çağırır

ABŞ hakimiyyəti Dağlıq Qarabağda baş verən zorakılıqdan narahatdır, bu barədə Amerikanın Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bazar ertəsi bəyan edib.

qaynarxett.az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Dağlıq Qarabağda baş verən zorakılıq halları bizi narahat edir”, - o deyib.

Onun sözlərinə görə, Vaşinqton “hər iki tərəfi regionda sülhün bərqərar olmasına gətirib çıxaracaq danışıqlarda iştirak etməyə çağırır”.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatına əsasən, yanvar ayının 3-də münaqişə zonasında atışma nəticəsində iki nəfər həlak olub. Azərbaycan bu məlumatı təkzib edib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib ki, Dağlıq Qarabağda zorakılığın yenidən gündəmə gəlməsi, məsələnin sülh yolu ilə həllinə vasitə olmayacaq.