backend

NATO Qarabağdakı “seçkiləri” tanımır

NATO Qarabağdakı “seçkiləri” tanımır
























“Bu “seçkilər” cari danışıqlara heç bir təsir göstərməyəcək”

Biz Dağlıq Qarabağda keçirilən “parlament seçkilərinin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna toxunduğu üçün tanımırıq və bu “seçkilər” münaqişənin dinc yolla nizamlanması haqqında danışıqlara heç bir təsir göstərməyəcək.

qaynarxett.az xəbər verir ki, bu barədə NATO-nun bu barәdә NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Dağlıq Qarabağda mayın 3-də keçirilmiş “parlament seçkiləri” barədə özünün Facebook sәhifәsindә yazıb.

Qeyd olunur ki, NATO ATƏT-in Minsk Qrupunu, həmçinin həmsədrlərin məsələ ilə bağlı bir müddət əvvəl verdikləri bəyanatı (http://www.osce.org/mg/154721) dəstəkləyir.

“Biz prezident Əliyev və prezident Sarkisyan arasında Minsk prosesi kontekstində dialoqun tezliklə davam etməsini səbrsizliklə gözləyirik”.