backend

İŞİD beşulduzlu otel açdı

İŞİD beşulduzlu otel açdı























Oteldə 11 mərtəbə və 262 nömrə var

“İslam dövləti” yaraqlıları İraq Mosulunda öz komandirləri üçün beşulduzlu otel açıblar, bu barədə Rpess TV bildirib.

Ninawa International Hotel mehmanxanası keçən il ərazinin yaraqlıların nəzarəti altına keçdiyi zaman bağlanmışdı, qaynarxett.az “Qazeta”ya istinadən xəbər verir.

Oteldə 11 mərtəbə və 262 nömrə var, eləcə də tennis kortları, hovuz, mərmər döşəməli resepşn, yanında isə palma ağacları və Dəclə çayına mənzərəsi olan bağ var.

Binanın eksteryer və interyer detalları məhv edilib, bar və rəqs zalları bağlanılıb. Otelin adı ərəbcədən tərcümədə “varislər” mənasını verən “Waritheen” kimi dəyişdirilib.