backend

Tovuzun icra başçısının səxavətindən xəbərsiz 2-ci qrup əlil...

Tovuzun icra başçısının səxavətindən xəbərsiz 2-ci qrup əlil...

Tovuzun icra başçısının səxavətindən xəbərsiz 2-ci qrup əlil...




























Tovuzdan olan ikinci qrup əlil rayon icra hakimiyyətində üzləşdiyi ögey münasibətdən sonra yeganə çıxış yolunu dərdini Moderator.az - ın bölgə müxbirinə söyləməkdə görüb:

"Mən Nicat Mayıl oglu Hüseynov Tovuz rayonun Yuxarı Öysüzlü kəndində yaşayıram. 01.10.1991-ci ildə həmin kənddə anadan olmuşam. Tam sağlam şəkildə dünyaya göz açmışam. Məndən savayı ilk öncə üç uşaq dünyaya gəlib. Evin son beşiyiyəm. Və o dövrlər mən uşaq olarkən Qarabağ döyüşləri ilə əlaqədar Tovuzda da hərbi aktivliyin hökm sürməsi mənim də həyatımda çox ağır silinməz acılar qoymuşdu. Düşmən tərəfindən atılan mərmilərin, barıt qoxusundan və uşaq olan bir körpənin həyəcanından mənim çox acınacaqlı xəstəliyə - hormonal pozğunluğa və ağır piylənməyə düçar olacağımdan valideynlərimin xəbəri belə olmadı. Olsaydı da kasıbçılığın və depressiya illərinin hökm sürdüyü bir zamanda heç nə edə bilməzdilər.

Aylar - illər keçdi və mən xəstəliyimlə əlaqədar həkimə müraciət etdim. Dedilər ki, sənin müalicən çox vəsait tələb edir. Ailəmin isə çörək almağa gücü yox idi, qalmısdı ki, müalicə etdirsin məni. Həkimin məsləhəti ilə əlliliyin təyin olunması ilə əlaqədar məni müayinə etdilər və 2 - ci qrup əlil statusu verdilər. Günü - gündən ağırlaşan səhhətim və yaşıdlarımdan geri qalmağım məni çox üzürdü. Bu yaxınlarda isə qarnımızı yarı nisyə, yarı nağd hər yolla çalışıb vuruşub doyuran atamı itirdim. Günü - gündən dərdlərim artdı. Demək olar ki, yaşayarkən ölü vəziyyətə düşmüşəm. Müalicəmlə əlaqədar Bakıya göndərdilər. Qonum - qonşudan borclanıb Bakıya getdim. Həkimlər ödənişsiz müayinə etdilər, işin sonuna gəldik, dərman resepti yazdılar, amma resepti əczaçıya yoxlatdıranda inanın təzyiqim yüksəldi, çox pis oldum. Əczaçı dərmanların alınması ücün 150 azn vəsait lazım olduğunu dedi v kor peşman Tovuza atamdan qalmış evə döndüm, beş - üc gün fikirləşdim və Tovuz Rayon İcra hakimiyətinə getdim ki, bəlkə insafa gələlər, mənə kömək etsinlər, amma çox acınacaqlı və ağır durumumu söyləyəcək bir insan çıxmadı qarşıma, əksinə, mühafizəçilər məni binanın önündən qovdular.

Çox pis vəziyyətdəyəm. Xahiş edirəm kömək edin, köməkliyinizi bizdən əsirgəməyin. Allaha xatir. Səsimi lazımlı həyat sevər müsəlman qardaş və bacılara, yüksək vəzifəli məmurlara çatdırın. Səsimi çatdırmaqda çörək almaq üçün dolanışıq şəraitimi, müalicəmi təmin etdirəcək bir qardaşa - bacıya ehtiyacım var. Günü - gündən səhhətimdə ciddi ağırlaşmalar və çörək ala bilməmək, dilənçilik qorxusu sizə müraciət etməyə məni məcbur edir. Düzdür, hər kəs çətinliklə evinə bir tikə çörək aparır. Amma sizə çox ehtiyacım var. Bu yolda mənə yardımçı olmağınızı xahiş edirəm."

Redaksiyadan: Tovuzlular və o qardaşları tanıyan hər kəs başda icra başçısı Tofiq Zeynalov olmaqla general Ramiz Zeynalovu və həkim Fikrət Zeynalovu xeyirxah, çörək verən adamlar kimi tanıyır. Ümid edirik ki, hörmətli Tofiq müəllim həmin əlilin yazdıqların diqqətə alacaq və taleyin ümidinə buraxılan bu gəncə haqq etdiyi qayğını əsirgəməyəcək.
Mövzunu diqqətdə saxlayacağıq.