backend

Gömrük Hospitalının həkimi barədə dəhşətli faktlar

Gömrük Hospitalının  həkimi barədə dəhşətli faktlar
















Hospitalın həkimi Museyib Əhmədovun Quba rayon sakini Simuzər Qaraxanovun başına gətirdiyi tükürpədici olaylar

Dövlətin səhiyyəyə ayırdığı diqqət və qayğı həqiqətəndə yetərincədi. Yeni tikilən xəstəxanalar, diaqnostik mərkəzlər, özəl klinikaların fəaliyyəti bu qəbilədən olsa da, hələ ki, öz səhiyyəmizə etibar etməyib, can sağlamlığını xarici ölkə səhiyyəsində axtaranların çoxluğu daimi cəmiyyətdə müzakirə mövzusu olub. Heç zaman da bu müzakirə bir mənalı olmayıb. Ekspertlər, mütəxəssislər, adi vətəndaşlar bu mövzuya həmişə müxtəlif aspektlərdən yanaşıb. Redaksiyamıza Quba rayon sakini Simuzər Qaraxanovanın məktubu daxil olmuşdu. Məktubu oxuduqca dəhşət bizi bürüyürdü. Bu qədər səhlənkarlıq, özbaşınalıq, naşılıq ola bilərmi düşünüb, məktub sahibini redaksiyaya dəvət etdik. Yazdıqlarını onun dilindən eşidib, olanlardan hali olmaq istədik. Dəvətimizi məmnuniyyətlə qəbul edib redaksiyamıza gələn Simuzər Qaraxanova daha dəhşət faktların üstünü açdı. Simuzər xanım bizimlə söhbətində bildirdi ki, 2013-cü ilin dekabr ayının 26-da hamamda yıxılıb, sol qolun dirsəkdən sındırıb. Sumqayıt şəhərində kirayə yaşadığı evdən Sumqayıt şəhər Təcili Təxirəsalınmaz Tibb stansiyasına zəng edib. Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyasının maşınıyla Sumqayıt şəhər Tramatologiya xəstəxanasına aparılıb. Müayinə olunandan sonra Əfqan həkim tərəfindən müalicə olunub. Əfqan həkim qolunu dirsəkdən əməliyyat edib, tikiş qoyub. Lakin bir müddətdən sonra ağrılara dözmədiyinə görə Əfqan həkimin yanına gedib. Əfqan həkim Simuzər xanımın qolunu müayinə edəndən sonra nədənsə onlara tanıdığı başqa həkimi məsləhət görüb. Qolunun sağalması onun üçün hər şeydən irəli olduğun deyən Simuzər xanım daha sonra aşağıdakıları dedi:
- Əfqan həkim yanımızda Gömrük hospitalın həkimi Museyib Əhmədova zəng edib bizi onun yanına göndərmək istədiyini söylədi və bizə də həmin yerə necə gedib çıxmağımızı izah etdi. Biz Gömrük hospitalına gəlib Museyib həkimi tapdıq. Museyib həkim elə ilk anda mənə bildirdi ki, sən də mənim bacım , sənə bacı deyirəm. Mən Prezidentin (Prezident İlham Əliyevi nəzərdə tuturdu. Çünki dəfələrlə mənimlə söhbətində bunu vurğulamışdı, Prezident İlham Əliyevin bibisin) 70 yaşlı bibisinin qolun sağaltmışam bir həftəyə sağ-salamat durub buradan gedib. Prezidentin bibisinin qolun bir həftəyə sağaldan “bacı” dediyin bu günə qoyardımı? Bu söylədikləri mənə həqiqətəndə inandırıcı gəldi. Mən də razılaşdım müayinə və müalicəmi Museyib həkimin aparmasına. Dediyi kimi xəstəxananın rüsum xərcini köçürdüm. Müxtəlif aparatlardan keçdim, analizlər verdim. Bütün bunlar da xərc idi. Əməliyyat olunmaq üçün dərman və digər vəsaitlər aldım. Həkimin özünə də ayrıca hörmət etdim ki, mənə sidqi ürəkdən baxsın. Məni elə bəh-bəhlə əməliyyata hazırladı ki, Museyib həkim, dedim kişi mənə “bacı”-deyib, yaxşı olar. Əməliyyatdan bir neçə gündən sonra ağrılar qolumda şiddətləndi. Museyib həkimə dedim. Museyib həkim bunun sağalma əlaməti olduğunu, belə xəstəliklərdə bunun olacaqlarını diqqətimə çatdırıb, dözümlü və səbirli olmağımı tövsiyyə etdi. Çox zaman da ağrılara dözə bilmirdim. Ağrıkəsici dərmandan istifadə etməklə qolumun sağalacağı günü gözləyirdim. Bir neçə ay keçəndən sonra Museyib həkim mənə bildirdi ki, mən bəs xaricə gedirəm oradan sənin qolunun sağalması üçün müxtəlif dərman və başqa lazımi vasitələr alıb gətirə bilərəm. Bunlar orada çox bahadı. 15000 (on beş min) manat ver onları alım gətirim. Prezidentin bibisinin qolunu bir həftəyən sağaldan “bacı” dediyin bu günə qoymaz fikriylə mən 15000 ( on beş min) manatı ona verdim. Bir neçə gündən sonra Museyib həkim məni inandırıb, dözümlü olmağım üçün lazım olan hər şeyi aldığını mesajla mənə yazıb bildirdi. Bu münasibət qolumun ağrılarını mənə unutdurmuşdu. Birtəhər Museyib həkimin xaricdən dönüşünü gözləyirdim. Xaricdən gələn Museyib həkim bir neçə dəfə qolumu müayinə etsə də nəticəsi olmadı. Daha onun hər dəfə “döz” “səbrli ol” sözlərinə nə dözə bilirdim, nə də səbr edə bilirdim. Ağrıdan gecə-gündüz zarıyırdım. Bir yandan canım gedirdi, bir yandan pulum. Artıq ağrıkəsici dərmanların, iynələrin mənə təsiri yox idi. Münasibətlər yavaş-yavaş soyuyurdu. Hiss edirdim Museyib həkim canın məndən qurtarmaq istəyirdi. Burada bir neçə tanışın vasitəsi ilə bir neçə klinikada oldum- deyən Simuzər Qaraxanova ona söylənənlərin bir dələduzluq olduğun bildirdi:

Həkim səhlənkarlığı, yoxsa həkim dələduzluğu?...

- Hansı klinikada oldum, hansı həkimlə söhbət etdim hamısı mənə bunu Museyib həkimin, həkim adı altında dələduz kimi qiymətləndirdiyini deyən Simuzər Qaraxanova bildirdi.
Prezidentin bibisin sağaltmasını söyləyərək özünə inam yaradan, əlinə düşən xəstəni sözün hər iki mənasında “dərisini soyan” Museyib həkim Əhmədovun əməli sırf dələduzluqdur. Xaricə gedəcəm deyib, lazımi dərman preparatları, digər vasitələri almaq adı ilə məndən aldığı 15000 ( on beş min) manat sırf dələduzluqdur. Bəzi həkimlər bunu səhlənkarlıq da adlandırır. Həkim səhlənkarlığı. Bu həkim səhlənkarlığı deyil, dələduzluqdur. Bunu hüquq-mühafizə orqanları ciddi araşdırmalı, mənə dəyən maddi-mənəvi ziyanı ödəməlidir- deyən Simuzər xanım KİV-vasitəsilə ölkə başçısına, onun xanımı, H. Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Səhiyyə Nazirliyi Oqtay Şirəliyevə, Baş Prokuroru Zakir Qaralova, Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət etmək istəyini dilə gətirərək daha sonra bildirdi.
- Gömrük Hospitalının Tramatologiya şöbəsinin müdiri Elman həkimin yanında oldum. Məni dinləyib, sinimkalara baxan Elman həkim əsəbləşib Museyib həkimi yanına çağırıb, yanımızda bunlar səni şaqqalamayırlar yaxşıdı. Sən əgər mənim qohumumu bu günə salsaydın sənin başına oyun açardım. Eşitdiklərinə haqq qazandırmaq istəyən Museyib həkim istədi ki, nəsə söyləsin, Elman həkim üstünə qışqırıb, sənin danışmağa haqqın yoxdu, səninlə sonra danışacağam dedi. Üzünü bizə tutub pulunuzu alın söylədi. Bundan bir neçə gün sonra Museyib həkim özü bizə zəng edib, “gəlin danışıb razılaşaq”- söylədi. Soruşduq- hara gələk? Museyib həkim özün söylədi. Biz evi tanıyırdıq. Həmin evə dəfələrlə ət, yağ, qatıq, süd, mer-meyvə göndərib, onun özünə pul vermişdik deyə tanıyırdıq. Mən qızlarımla Museyib həkimin yaşadığı binanın qarşısına gedib, kiçik qızımı onu çağırması üçün həmin binadakı mənzilinə göndərdim. Qızımı qapıçı içəri buraxmayıb ki, Museyib həkim evdə yoxdu. İndi çıxıb harasa getdi. Demə Museyib həkim bunları qaranlıqda ağac altında gizlənib izləyirmiş. Birdən Museyib həkim gizləndiyi yerdən bizə səslənib dedi: “Mənə yaxınlaşmayın, indi sizə bir nəfər yaxınlaşıb, söhbət edib, pulunuzu verəcək.” Düzü yerimizdən tərpənmədik. Bu vəziyyətdən də heç nə anlamadıq. Elə bir neçə dəqiqə keçmişdi ki, bir polis maşını gəlib saxladı, içindən düşən polis bizə yaxınlaşıb, adımızı, soyadımızı soruşub, 19-cu bölməyə getməyimizi xahiş etdi. Biz heç bir qanun pozuntusu etməmişik deyə polis əməkdaşıyla 19-cu polis bölməsinə getdik. Orada öyrəndim ki, Museyib həkimin əlindən həkimlikdən başqa hər iş gəlirmiş. 102 xidmətinə zəng edən Museyib həkim onun evinə, üzərinə bizim basqın etməyimizi söyləyibmiş. Biz izahat yazıb, başımıza gələnləri polislərə danışdıq. Onlar da başların bulayıb buna ad tapmadıqlarını söyləyib, bir bunu dedilər “ biz onunla bacara bilmirik”.
Biz Simuzər Qaraxanovanı dinləyib Museyib həkimlə əlaqə saxlayıb deyilənlərə aydınlıq gətirməsini xahiş etdik. Museyib həkim deyilənlərin elə-belə söz-söhbət olduğun söyləyib, Simuzər xanımın əməliyyatdan sonra ikinci dəfə yıxıldığını bildirib bundan sonra bu vəziyyətə düşməyini söylədi. Simuzər xanım həmin ərəfədə redaksiyada yanımızda olduğundan Museyib həkimin söylədikləron yalanlayıb, ekspertiza var dedi. Museyib həkim söylənilənlərə aydınlıq gətirəcəyinə dair verdiyi sözə rəğmən sonradan fikrindən daşındı. Redaksiyamıza zəng edib əməkdaşımızla görüşə bilməyəcəyimi, buna görə əməkdaşımızı göndərməməyimizi xahiş etdi. Artıq həmin dəqiqələrdə əməkdaşımız Gömrük xəstəxanasındaydı. Museyib həkim çox laqeyid, biganə, özünə arxayın əməkdaşımıza kinayə ilə cavab verib, siz məni şantaj edirsiniz - deyərək bildirib. Mənim evimdə iki hüquqşünas var.
Museyib həkimə onu xatırlatmaq istəyirik ki, jurnalistlə kobud rəftarına görə iki məmur sonda yenə jurnalistlərin ümidinə qaldı. Biz bunu sizə arzulamasaq da Simuzər xanımın dediklərin yazmaqla şantajın necə olduğunu xatırlatmaq istəyirik. Yenə bir qəzet olaraq Museyib həkimin və eləcə də adı yazıda keçən məsul şəxslərin, qurum rəhbərlərinin mövqeyinin dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Şəhriyar