backend

Qurban Şirinov: “Biz Vətənimizin müdafiəsinə bütün qüvvəmizi həsr etməyə hazırıq!”

Qurban Şirinov: “Biz Vətənimizin müdafiəsinə bütün qüvvəmizi həsr etməyə hazırıq!”

Qurban Şirinov: “Biz Vətənimizin müdafiəsinə bütün qüvvəmizi həsr etməyə hazırıq!”

















Getdikcə sıralarımız genişlənir, əlaqələrimiz böyüyür. Bütün bunlar Azərbaycanın gələcək uğurlarına hədəflənmişdir. Son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca sərhədlərimizi keçməyə cəhd etməsi və nəticədə insan tələfatına səbəb olan cinayətlərə yol verməsi bütün xalqımız kimi biz hərbiçilərin dərin kədərinə səbəb olmuşdur.
Biz dünyada gedən prosesləri izləyir və Azərbaycan dövlətinin, onun başçısı Cənab İlham Əliyevin sülhməramlı niyyətlərini alqışlayırıq! Biz öz dövlətimizə, öz liderimizə inanırıq və Vətənimizin azadlığı uğrunda öz köməyimizi etməyə hazır olduğumuzu bəyan edirik! Biz dövlətimizin, ölkəmizin inkişafı, torpaqlarımızın düşmən işğalından azad edilməsi, insan ölumlərinin dayandırılması və sülhün bərqərar olunması sahələrində aparılan siyasəti dəstəkləyirik!
Müharibələr tarixindən yaxşı bilirik ki, müdafiə istehkamları, ərazidə oriyentirləmənin üsulları, istifadə olunan texniki alətlər, mexanika bilikləri, planlama üsulları, topoqrafik xəritələr, informasiya-kommunikasiya texnologiyaları ilə işləmə bacarığı və s. bu kimi texniki bilik tələb edən məsələlərin həllində texniki bacarığı olan hərbiçilərin əvəzedilməzdir. Müasir dövrdə bu, həm də qələbəni şərtləndirən amillərdəndir.
Biz hərbiçiyik, qəlbimiz Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün döyünür. Bu müqəddəs torpaqları qoruya bilməyəcəksənsə, bir guşədaşı qoymağa dəyməz. Bir guşədaşı qoymayacaqsansa, onu da qorumağa dəyməz.
Biz hərbiçilər bu məsul günlərdə Vətənimizin müdafiəsinə bütün qüvvəmizi həsr etməyə hazırıq.
Biz dünyanın bütün tərəqqipərvər bəşəriyyətinə, bütün beynəlxalq təşkilatlara, QHT və media qurumlarına müraciət edirik, bütün beynəlxalq təbdirlərdə işğalçı siyasəti yeritdiyinə və regionda sabitliyi pozduğuna, habelə dünyanın sülh niyyətlərinə zidd addımlar atdığına görə etiraz səslərini bildirməyə, Ermənistan dövlətinə qarşı mədəni-iqtisadi sanksiyaların tətbiq olunmasına çağırırıq!
Bir daha Azərbaycan dövlətinin, onun başçısı Cənab İlham Əliyevin siyasi kursuna inandığımızı bildirərək, bir hərbiçi kimi, Vətənimizin azadlığı uğrunda öz köməyimizi etməyə hazır olduğumuzu bəyan edir, şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbr diləyirik!

Qurban Şirinov,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon şöbəsinin rəisi.