backend

4 Erməni hərbiçisi minaya düşdü

4 Erməni hərbiçisi minaya düşdü

Onlardan 3 zabitdir.

Ermənistanın Tavuş vilayətinin Berd şəhərində erməni hərbi qulluqçuları minaya düşüb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan xəbər verib.

Hadisə zamanı 4 hərbi qulluqçu yaralanıb.

Bunlardan üçü zabit, biri isə müqaviləli hərbi qulluqçudur.

Yaralıların vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.