backend

Neftçalada Qaz xətləri tərs çəkilir…

Neftçalada Qaz xətləri tərs çəkilir…












Neftçala rayonunda qazla bağlı bir neçə dəfə problemin nədən və hansı səbəblərdən yaşandığın araşdırmağa çalışdıq.

Yanvar ayında Neftçala rayonu Aşağı Qaramanlı kəndinin qaz problemin dəfələrlə işıqlandırdığım ızdan sonra sözün həqiqi mənasında adı çəkilən kənd və qonşu kəndlərdə qazın çəkilişi gündəmə yenidən gəldi və demək olar ki həllin tapdı.Bundan əlavə kənd sakini Əbülfət Qurbanovun evinin balaca olmasın səbəb gətirib qaz çəkməkdən yayınanlar ,mətbuatda problemi işıqlandırdığım ızdan sonra həmin ocağa qaz xətti çəkildi.Bütün sayəmizdə görülən işlər qürurvericidir, amma çatışmazlıqlar hələ də var…

Xalqxeber.az xəbər verir ki, Neftçala rayonu ilk qaz abonenti olan rayonlardandır. Amma uzun müddətdir ki,rayonun az bir hissəsində ,o da öz növbəsində təzyiqi aşağı və fasilələrlə verilirdi.Çatış mazlıqlar isə Həsənabad qəsəbəsinin nəzdində olan Mirqurbanlı yaşayış məntəqəsi layihədə yer alsada həmin ərazilərə qaz xəttləri çəkilməyib.Mirq urbanlı sakinləri dəfələrlə Nazirliklərə,mi llət vəkillərinə,Azə riqaza,Rayon İcra hakimmiyyətinə, və s. adiyyatı orqanlara şikayət etsələrdə məsələ bu günə kimi həllin tapmayıb.Belə olduğu təqdirdə,Mirqur banlı sakinləri bu qışı da odun sobası ilə keçinəsi olacaqlar.

Neftçala rayonu Surra ,Kür-Qarabucaq və IQaralı kəndlərində layihə üzrə çəkilən xəttlər sonuncu dayanacaq olan Aşağı Qaramanlıda yerin altı çəkildi.Belə olduğu halda xeyli qaz borusuna qənaət olunmuş oldu,amma qaz xəttlərinin yerin altı aparılması gələcəkdə yaranacaq təhlükəni kim üzərinə götürür?! Bu fakt adiyyatı orqanlar tərəfindən araşdırılmalı,d övlət büdcəsindən ayrılan pullar və qaz borularına qənaət kimin ideyası olması öyrənilməlidir. ..

Xatırladım ki,yerin altı ilə aparılan qaz xətləri gələcək üçün bir başa təhlükə mənbəyidir.Adı çəkilən kənddə artıq istifadəyə verilmədən turbaların erroziyaya uğradığı və layihənin tam məsuliyyətsiz birlik tərəfindən çəkildiyi aydın görünür.Yaxın zamanlarda xətlərə qazın verilməsi təmin olunacağın bildirən adiyyatı orqanlar,Niyə məscidə,məktəbə qaz xəttinin çəkilmədiyinə bir mənalı cavab verilmir.

Aşağı Qaramanlı kəndində Fuad Nağıyev adına olan mənzilə isə qaz xətləri çəkilərkən ,darvaza yeri saxlanmayıb.Qaz xəttinin çəkilişi zamanı ev sahibi qürbət diyarların birində çalışdığı üçün qardaşı Ülfət və Əfqan Nağıyevlər darvazanın yerinin saxlanmasın bildirsədə ,məhəl qoyulmayıb.Quru m tərəfindən ” layihə üzrə çəkilir,kənara çıxa bilmərik”deyə bildirmişlər.Qa rdaşlar adiyyatı orqanlar,bir neçə dəfə qaz işçilərinə bildirsələrdə,h ətta kənd icra nümayəndəliyi hadisə yerinə gəlsədə bu günə kimi məsələ həll olunmayıb.

Əfqan Nağıyevin bildirir ki, ” məgər layihə deyib,məsuliyyə tsiz yanaşma nəticəsində qarşıda yarana biləcək təhlükədən kim sığortalanıb? Kənd yeridir,həyətə taxıl gətirilir,daş tökülür,ya Allah uzaq eləsin nəsə yanğın baş versə,yanğınsön dürənlər helikopterləmi gələcəklər,ya qaz borsun laqonda ilə kəsib həyətə daxil olacaqlar?! Birdə layihə deyib ,məsuliyyətdən yayınıb,digər tərəfdə əlavə xəttlərin çəkilməsinə görə aldıqları pulu büdcəyəmi verirlər?Yox,əl bəttə ki,ciblərinə gedir”

Xatırladaq ki,Aşağı Qaramanlıdan sonra Astanlı kəndidir və bu kəndin qaz problemi hələ ki,gündəmdə deyil.Görünür Astanlı sakinləri Kür sahilində ki,yulğun ağaclarının oduna qızınası olacaqlar.Əgər onları təbiəti mühafizə cərimə etməsə…

Neftçalada Qaz xətləri tərs çəkilir…
Neftçalada Qaz xətləri tərs çəkilir…
Neftçalada Qaz xətləri tərs çəkilir…
Neftçalada Qaz xətləri tərs çəkilir…
Neftçalada Qaz xətləri tərs çəkilir…