backend

"Megafun" əyləncə mərkəzində aparatlara nəzarət edən şəxslərin maaşları azaldılıb, iş saatları isə artırılıb

"Megafun" əyləncə mərkəzində aparatlara nəzarət edən şəxslərin maaşları azaldılıb, iş saatları isə artırılıb


















Bu barədə əyləncə mərkəzində çalışan şəxslər məlumat veriblər.

Onların sözlərinə görə, əvvəl maaşları 480 manat olub. 8 saatlıq iş rejimi ilə, iki növbədə işləyiblər.

Hazırda isə maaşları 396 manata qədər azaldılıb, iş saatları artırılaraq 9 saat çatdırılıb. Həftsonları isə 12 saat işləməyə məcbur edilirlər.

İşçilər vəziyyətdən narazılıq edəndə rəhbərlikdən bildirilib ki, bu addımlar müştərilərin az olması səbəbindən atılıb.