backend

Vergilər Nazirliyi Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən olan "Neptun"da yoxlamalara başlayıb

Vergilər Nazirliyi Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən olan "Neptun"da yoxlamalara başlayıb














"Neptun"da yoxlamalara başlayıb.

Mağazanın nazirliyə təqdim etdiyi hesabatlardakı rəqəmlərlə real rəqəmlərin üst-üstə düşmədiyi ilə bağlı şübhələr olduğundan Vergilər Nazirliyi yoxlamalarla bağlı qərar qəbul edib. Kassalardan bəziləri götürülüb. Nazirliyin əməkdaşları mağazada təftiş aparırlar. Belə ki, onlar gündəlik satışın həcmini müəyyən etmək üçün "Neptun"da kassaların yanında müşahidələr aparırlar. Mağaza rəhbərliyi isə satışın həcminin təqdim olunan hesabatlarla uyğun gəlməsi üçün bəzi bölmələri bağlayıb. 00:00-a və hətta 24 saat işləyən bəzi filiallar dünən 21:00-da bağlanıb. Mağaza rəhbərliyi, həmçinin bəzi əməkdaşlarına bir neçə günlük işə çıxmamaq göstərişi verib.