backend

Sumqayıtın bir qisim küçələri var ki, orada təcili dəyişikliklər, tikinti-yeniləmə işləri, səliqə-sahman yaradılmalıdır

Sumqayıtın bir qisim küçələri var ki, orada təcili dəyişikliklər, tikinti-yeniləmə işləri, səliqə-sahman yaradılmalıdır

















Bunlardan biri dəAzərbaycan xalqının hüzn və azadlıq - 20 Yanvar tarixi günü şərəfinə adlandırılmış20 Yanvar küçəsidir.

Bildiyimiz kimi 20 Yanvar tarixi hadisəsi xalqımızın azadlıq, milli oyanışı uğrunda mücadiləsinin əsasını qoydu. 20 Yanvar faciəsi Azərbaycan xalqının necə mərd, qorxmaz olduğunu, torpaq (Qarabağ) uğrunda canı bahasına mübarizliyini sübut etdi. Üzərindən 25 il ötüb...
Sözügedən küçə hazırda Sumqayıtın ən qarışıq, ən səliqəsiz küçəsidir, desək, yanılmarıq.
Bir neçə ay bundan öncə Sumqayıt TV buradan tənqidi süjet təqdim etsə də, bir faydası olmadı. Sumqayıt şəhər 20 yanvar küçəsinin xüsusən Nizami küçəsi ilə yolayrıcı hissəsini ("Karvan" Ticarət Mərkəzinin və Nizami parkının bu küçəyə aid olan hissəsini) Hindistanın bəzi şəhərləri ilə müqayisə etmək olar. Antisanitariya, hədsiz səs-küy, addımbaşı qanunsuz olaraq satılan bir çox məhsulların qoxusu, nəqliyyatın sıxlığı, avtomobillərin harda gəldi saxlaması, xüsusən 30 və digər bir neçə marşrut avtobusların qanunsuz olaraq 20 yanvar küçəsi ilə Nizami küçəsinin kəsişməsini dayanacaq kimi istifadə etməsi bunu deməyə əsas verir. Ardınca küçə boyu xüsusən pik saatlarda nəqliyyatın sıxlığı müşahidə olunur; küçənin hər iki tərəfi boyunca avtomobillərin dayandırılması buna "rəvac verir". Bəzən bu avtomobillər 2-3 cərgə düzülür. Yolun hərəkət istiqamətinin sağ tərəfində avtomobillər üçün yeraltı dayanacaq tikilsə də, hazırda ora Ayaqqabı bazarı kimi fəaliyyət göstərir. Bir sözlə, problemlər "boğaza qədər"...
Yəqin ki, şəhərin yeni rəhbərliyi bu küçəyə "əl gəzdirəcək". Küçə təmizlənəcək, səliqə-sahman yaradılacaq, yeraltı dayanacaq istifadəyə veriləcək, ən əsası, bu küçədə xalqımızın qürur rəmzi olan 20 Yanvar şəhidlərinin şərəfinə bir abidə qoyulacaq. Əks halda, qonaqlarımızı şəhərin bu mərkəz hissəsindən keçirməyə hər zaman ehtiyat edəcəyik. Problemlə bağlı bu dəfə Xeberle.com ərazidən hazırladığı kiçik videomaterialı təqdim edir.
Elnur Ağayev
Xeberle.com
P.S.Oxucularımıza kiçik bir hədiyyəli sualımız var, tapan şəxsə məşhur 20 Yanvar küçəsində bələdçi ilə gəzinti təşkil ediləcək. Sual belədir: Sizcə, Sumqayıtın 20 Yanvar küçəsində ''20 Yanvar'' adına nə var?