backend

Sabiq məmurun qayınanasının adına sənədləşdirdiyi mülklərin yeni şok siyahısı

Sabiq məmurun qayınanasının adına sənədləşdirdiyi mülklərin yeni şok siyahısı





















Başqa vaxt "Zaqatala camaatı mənim arxamdadır" deyən Vahabov 2010-cu ilin parlament seçkilərində niyə tələb olunan səsi yığa bilməmişdi? Rizvan Vahabov.

Yəqin ki, çoxlarınız indiyə kimi bir dəfə də olsa bu ad, soyadı eşitmisiniz. Onu tanımayanlar üçün qısaca vurğulamaq istəyirik ki, bu adam əvvəllər keçmiş Yanacaq Komitəsinin sədri işləyib. Daha sonra Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə rəhbərlik edib. Burdakı postunu itirəndən sonra ona növbəti dəfə etimad göstərilməyib. Vəziyyətin belə alındığını, yuxarıların ona inam bəsləmədiyini görən Vahabov neçə illər ərzində yığdığı sərvətini bir qədər də artırmağa və biznes şəbəkəsini genişləndirməyə başlayıb. YAP-ın Səbail rayon təşkilatında təmsil olunan sabiq məmurun hazırda aktiv biznes fəaliyyəti ilə məşğul olduğu iddia olunur. Bildiyiniz kimi, son aylar keçmiş komitə sədrinin adı mətbuatda tez-tez çəkilir. Buna səbəb onun vətəndaşların hüquqlarını pozmasıdır. Belə ki, bir müddət əvvəl bir qrup şəxs mətbuata müraciət edərək keçmiş məmurun törətdiyi özbaşınalıqlar haqda sensasion faktları açıqlayıblar: "Bütün alqı-satqı əməliyyatı bank üzərindən həyata keçdi. Mənim də, Zamiqin də aldığı əmlaklar İlqar adlı şəxsə məxsus idi. Qanunun tələb etdiyi kimi sənədlər BTİ-yə təqdim olundu, 2 ay ərzində bizə təzə "kupça" verildi. Heç bir problem olmadı. Az sonra Yasamal Rayon Məhkəməsindən çağırış gəldi. Məlum oldu ki, 80 yaşlı Anna Sergeyevna Qoloveşkina Zamiqlə mənə və həmin ünvanda olan bütün obyekt sahiblərinə qarşı iddia qaldırıb. İddiasında göstərib ki, binada olan bütün qeyri-yaşayış sahələri və bəzi mənzilləri müqavilə əsasında "Volbak" MMC-dən alıb. Buna görə MMC-yə 3 milyon 682 min dollar ödəyib. İddia 8 nəfərə qarşı qaldırılmışdı. Anna Qoloveşkina Rizvan Vahabovun qayınanasıdır. Məhkəmə prosesinin gedişində bizə aydın olub ki, obyekt aldığımız həmin binanın tikintisini "Volbak" MMC həyata keçirib. Bu MMC-nin sahibi Əflatun Piriyev olub. Faktiki isə binanın tikintisini və satışını Hümbət Məmmədovla Rizvan Vahabov həyata keçiriblər. Əflatun Piriyev öldürüldükdən, bu qətlə görə Hümbət Məmmədov həbs olunduqdan sonra Rizvan Vahabov baş verənləri fürsət bilərək bizə qarşı qanunsuz iddialarla çıxış etməyə başladı. O, özü birbaşa deyil, qayınanası A.Qoloveşkinanı qabağa verməklə yaşlı qadını da düz danışmamağa sövq edir". Artıq neçə müddətdir ki, iİzvan Vahabov tərəfindən hüquqları pozulan, narahat edilən təzyiqlərə məruz qalan vətəndaşların səsinə səs verən yoxdur. Başqa sözlə desək, keçmiş məmur bəzi əlaqələrindən, habelə maliyyə imkanlarından istifadə edərək müvafiq instansiyaları necə lazımdırsa susdurmağı bacarır. Bunun acı nəticəsi isə göz qabağındadır. Neçə-neçə insan sabiq məmurun işlərinin fəsadlarını yaşamaqdadır. Amma sabiq məmur buna görə qətiyyən narahat olmur. Əksinə, o özünü aydan arı, sudan duru kimi göstərməyə çalışır. Atalar isə "görünən dağa bələdçi lazım deyil" deyiblər. Rizvan Vahabovu tanıyanlar yaxşı tanıyır və bilirlər ki, bu adam həm vəzifədə olarkən, həm də indi hansı işlərlə məşğul olub, olur. Özü də təsdiqləyə bilər ki, bu günədək adı ermənilərə yanacaq satmaqda, eks-spiker Rəsul Quliyevi Azərbaycana gətirmək istəməkdə, ona maliyyə yardımlarında bulunmasında, keçmiş şəriyi Əflatun Piriyevin qətlində, həm də digər xoşagəlməz hadisələrdə çəkilib. Bu həmin Rizvan Vahabovdur ki, 2010-cu ildə parlament seçkilərinə qatılmasından sonra onunla bağlı bəzi maraqlı məqamlar ortaya çıxdı. Xatırladaq ki, həmin il deputatlığa namizədliyi öz təşəbbüsü ilə 110 saylı Zaqatala seçki dairəsindən irəli sürmüş Vahabovun namizədliyi qeydə alınmamışdı. Bundan sonra Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirib və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş edib. Araşdırma nəticəsində müəyyən edilib ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlib. Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 130-u etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir. Görəsən, başqa vaxt "Zaqatala camaatı mənim arxamdadır" deyən sabiq sədr 2010-cu ilin parlament seçkilərində niyə tələb olunan səsi yığa bilməmişdi? İşçi qrupunun üzə çıxardığı ən maraqlı məqam isə namizədin qeydə alınması üçün imza vərəqələri ilə birlikdə gəlirlərinin miqdarı və mənbəyi haqda, əmlak barəsində məlumatlar və ilkin maliyyə hesabatının təqdim edilməməsi olub. MSK-nın sorğusuna əsasən daşınmaz əmlakın dövlət reyestrinin bazasında R.Vahabovun mülkiyyətində Bakı şəhərində mənzilin və Sahil qəsəbəsində torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilib. O dövrdə bu məqamlara istinad edən MSK bu şəxsin namizədliyini qeydə almayıb. Qanunları pozmağa sanki adət edən sabiq məmur bu gün də özbaşına əməllərindən əl çəkmək istəmir. Biz bəzi məsələləri xüsusi qabartmaq istəyirik. Maraqlıdır, keçmiş komitə sədrində bu qədər var-dövlət, əmlak haradandır. Məsələn, o, Qaxdan Zaqatalaya gedən yolun üstündəki köhnə pavilyonu sökdürərək yerində hansı vəsaitlə özünə beş mərtəbəli otel və restoran tikdirib? Yaxud bu otelin Anna Qoloveşkinanın adına sənədləşdirilməsini necə asanlıqla həyata keçirə bilib? Elə həmin obyektin təxminən yüz metrliyində iş adamına məxsus su sexinin fəaliyyət göstərdiyi deyilir. Bu sex nəyin hesabına alınıb, Qaxın çıxacağında İlusu yolunun üstündə "Azərittifaq"a məxsus pavilyon hansı yolla özəlləşdirilib? Bu suallara cavab verin e, Rizvan müəllim. Bizə həm də o maraqlıdır ki, bu adam Nabranda bir neçə villanı, istirahət mərkəzlərini, Qubada Qəçrəş yolunun üstündə iri torpaq sahələrini, Badamdarda yan-yana 3 villanı, paytaxtın Nərimanov prospektində 6 otaqlı mənzili, Yasamal rayonunda, Nobel prospektində yanacaqdoldurma məntəqələrini, "Xətai" metrostansiyasının yaxınlığında çoxsaylı obyektləri və Hacı İbrahim Nehrəmlinin Zabitlər bağı deyilən ərazidə tikdirdiyi hündürmərtəbəli yaşayış binasında 15 mənzili nəyin hesabına alıb? Hörmətli Rizvan müəllim, hələ bu harasıdır ki. Rəsul Quliyevlə əlaqələriniz və Əflatun Piriyevin qətli ilə bağlı elə məlumatlar var ki, adamın tükləri dik qalxır. Yaxın günlərdə həmin məsələlər haqqında geniş araşdırma yazısı dərc edəcəyik. Bizi izləməyə davam edin.