backend

İcra başçısı hamıdan haqq alır, bələdiyyələr belə onun əlindən qan ağlayır

İcra başçısı hamıdan haqq alır, bələdiyyələr belə onun əlindən qan ağlayır



























Tərtərdə özbaşınalıq və biabırçılıq yaşanır.

Yeni icra başçısı Müstəqim Məmmədov bir il əvvəl ablaşdırılması üçün külli-miqdarda dövlət vəsaiti sərf olunan yerləri xaraba qoyub.
Xatırladaq ki, Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyin olunmasından bir həftə sonra yeni icra başçısının Tərtərdə bir il əvvəl keçmiş icra başçısı tərəfindən abalaşdırılan əraziləri yenidən abalaşdırmaq haqqında təlimat verdiyini yazmışdı.

Ceyhun Cəfərovun tikdiyi, Müstəqimin isə viran qoyduğu Tərtər

Viranəyə çevrilən rayon

Qeyd edək ki, hazırda sökülən və yenidən qurulan yerlərdə abadlıq işlərinin aparılması üçün heç bir zərurət yox idi. Bir il əvvəl abalaşdırılan və hazırda sökülən ərazilərin yenidən abalaşdırlmasının isə ancaq bir açıqlaması ola bilər. Dövlətin milyonlarla vəsaitini bir heç edərək yenidən həmin yerlərə milyonlar sərf edilməsi ancaq ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi məqsədini daşıya bilər və artıq bu hal bir ənənə halını alıb. Hər yeni təyinat alan icra başçısı köhnə başçının gördüyü işləri sökür və yenidən həmin ərazi yeni başçının «zövqünə» uyğun ablaşdırılr.
Əslində dövlət vəsaitlərinin bu şəkildə taru-mar edilməsinin heç bir anlamı yoxdur. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitləri həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçıları heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abdalaşdırırlar. Ortada isə çölə atılan dövlət vəsaitləri olur. söhbət mənimsəməkdən gedirsə, icra başçıları yeni ərazilərin abalaşdırılması zamanı da yeni mənimsəmə hallarını həyata keçirə bilərlər. Amma heç bir məntiqə sığmadığı halda icra başçıları dövlətin vəsaitlərini insafsızcasına havaya sovururlar. Halbıki, həmin vəsaitlərə rayonlarda istehsal sahələri yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına və insanların sosial problemlərinin həllinə və rifahının yüksəlməsinə ciddi töhvələr verə bilərlər. Amma nə yazıq ki, icra başçıları pulları hər il dəyişilən işıq dirəklərinə və yenə də hər il dəyişdirlən və yerə dövnilən «tamet»lərə sərf edirlər.

Tərtərdən daxil olan məlumatda bildirilir ki, Müstəqim Məmmədovun Tərtərdə sərf etdiyi inşaat materiallarının hamısı Yevlaxdan, yəni icra başçısının tikinti materialları dükanlarından gətirilir. Bu zaman təbii ki, qiymətlərdə bir neçə dəfə şişirdilir və nəticədə Müstəqim Məmmədov iki tərəfli qazanc saxlamış olur.
Qeyd etək ki, Müstəqim Məmmədov Yevlaxda çalışdığı zaman şəhərin abalaşdırlıma işlərinə rəhbərlik edib və buna görə də, icra başçısının Yevlaxda bir neçə iri inşaat materialları dükanı var. Həmçinin Tərtərdə çalışan işçilərində Yevlaxdan gətirdiyi bildirilir.

Tərtərdən daxil olan başqa bir məlumatda isə bildirilir ki, Müstəqim Məmmədov rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarından bələdiyyələrdən və icra nümayəndələrindən pay istəyib. Belə ki, daxil olan məlumatda göstərilir ki, icra başçısı bələdiyyə sədrləri və icra nümayəndələrinin boynuna «hesab» qoyub.
Tərtərdən verilən məlumata icra başçısı Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Mənbə bildirir ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin bu il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı almalarının siyahısının tutulması üçün aqrar məsələlər üzrə şöbə müdiri Xatirə Məmmədovaya göstəriş verib. İcra başçısının şöbə müdiri isə siyahını tutaraq Müstəqim Məmmədova verib.

Məlumatlı mənbə bildirir ki, icra başçısının icra nümayəndələrinə və bələdiyyə sədrlərinin hər birinə 5 min manat «hesab» qoyması narazılıqla qarşılanıb. Bəzi bələdiyyə sədrləri, icra nümayəndələri bildirib ki, onların bu vəsaiti verməyə gücü çatmır. Bələdiyyə sədrlərinin narazılğına isə icra başçısı «payızda, seçkilərdə görüşəcəyik» mesajı ilə cavab verib.

Bildirilir ki, həqiqətəndə kənd bələdiyyə sədrləri icra nümayəndələri ilə əlbir olaraq əkinə yarasız olan torpaq sahələrini subsidiya yardımina yazdıraraq xeyli qazanc əldə etməyi hesablayıblar. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq göstərişi verib.

Qeyd edək ki, Müstəqim Məmmədov ay yarım əvvəl Tərtər rayonuna icra başçısı təyinatı alıb. O daha öncə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb.

İcra başçısı idarəçilik metodlarını bir-birinə qarışdırıb

Müstəqim Məmmədovun icra başçısı vəzifəsinə gəlişindən sonra Tərtər rayonunun iqtisadiyyatı kosmetik uğurlar əldə etdikcə çoxları bunun təfərrüatına varmadan hər sahədə yüksək göstəricilərin qazanılacağına inanmağa başladı. Yevlax rayon icra aparatının yetişdirdiyi bu kadrın inkşafı hansı fövqəladə imkanlar hesabına gerçəkləşdirəcəyi isə diqqətdən kənarda qaldı.
Ceyhun Cəfərovun tikdiyi, Müstəqimin isə viran qoyduğu Tərtər
Bu gün təyinatının ötən birillik güzgüsündə tərtərliləri problemlər məngənəsində incidən icra başçısı idarəçilikdə ciddi boşluqlara yol verdiyinin fərqindədirmi, bilmirik.Hər halda, rayon idarələrinə təyin etdiyi rəhbərlərin əhəmiyyətli hissəsinin Tərtər rayonu üçün heç də əhəmiyyət kəsb etməyən işlərlə baş qatdığına söz ola bilməz.Unutmayaq ki, cəbhə bölgəsi olaraq Tərtər rayonu ölkəmz üçün mühüm strateji region hesab olunur. Dövlət rəhbərliyi digər rayonlar kimi Tərtər rayonunun da sosial-iqtisadi inkişafına kifayət qədər diqqət yetirir. Rayonda əhalinin problemlərinin həlli Müstəqim Məmmədovun başlıca vəzifəsidir. Düzdür, icra başçısı rayonun kəndlərində qəbullar keçirir. Lakin baxın, həmin qəbullarda iştirak edənlər kimlərdir. Sadə kənd camaatı hətta belə qəbullarda da icra başçısına öz dərd-sərini danışa, yerli icra məmurlarının özbaşınalığından gileylənə bilmir. Səyyar qəbullarda camaatın qarşısına çəkilən süni maneələr sadəcə düşünülmüş bir addım olaraq əslində görüntü yaratmaq məqsədini güdür. Bu cür görüşlərlə bağlı yayılan rəsmi məlumatlarda isə icra başçısının vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdiyi bildirilir. Bu quru məlumatlardan da göründüyü kimi, Müstəqim Məmmədov bir icra başçısı olaraq sadə vətəndaşlarla yetərli ünsiyyət qurmaq bacarığına malik deyil. Onun keçmiş “partnomenklatura” tipli tədbirləri quru rəsmiyyətçilik baryerini belə aşa bilmir. İcra başçısının idarəçilik metodlarında tərtərlilər hələlik deyəsən 3 istiqamət sezə bilib. Birincisi, Müstəqim Məmmədov Tərtərə icra başçısı işləməyə gələndə özü ilə yevlaxlı “nomenklatura” da gətirib. Bu heyət artıq rayonun bəzi mühüm vəzifə postlarında yerləşdirilə bilib. İkincisi, icra başçısının vəzifədə saxladığı yerli kadrların demək olar ki, böyük əksəriyyəti əhali arasında lazım olan qədər hörmət-izzət sahibi deyil. Üçüncüsü, rayonda görülən az-çox abadlıq-quruculuq işlərində bu məqsədlər üçün ayrılmış dövlət vəsaitlərinin yalnız cüzi bir hissəsi təyinatı üzrə xərclənir. Buna baxmayaraq rəsmi mühasibat sənədlərində rəqəmlərin xeyli dərəcədə şişirdilməsi diqqətdən qaçmır. Tərtərdə tikinti-təmir işlərində iştirak yalnız başçının iradəsi ilə reallaşa bilər. Tender müsabiqələri isə sırf şərti xarakter daşıyan simvolik bir prosedur hesab edilir.Rayonda sahibkarlığın inkişafı üçün gözəl və geniş perspektivlərin olmasına baxmayaraq, bu sahə də icra strukturlarının nümayəndələri tərəfindən inhisara alınıb.Söylədiyimiz fikri sübut etməyə ehtiyac yoxdur. Sadəcə müvafiq spesifik sahə üzrə heç bir təcrübəsi olmayan, yenicə təsis olunmuş şirkətlər və həmin şirkətlərin arxasında duran məmurlar barədə məlumat toplamaq kifayətdir ki, Müstəqim Məmmədovun çox böyük pafosla danışdığı quruculuq işlərindəki gözəgörünməz silinmələr ortaya çıxsın. Rayonda istifadədə olan 461 subartezian quyusunun heç də hamısı fərdi sahibkarların, fermer təsərrüfatlarının tələbatını ödəmək üçün yetərli deyil.Öncə ona görə ki, artezian quyularından istifadə heç də pulsuz başa gəlmir, digər tərəfdən, rayonda suvarma sistemlərinə nəzarət icra başçısı tərəfindən elə əhatələnib ki, altından havayı çıxmaq heç cür mümkün deyil. Onu da deyək ki, Tərtər rayonunda susuzluq yerli əhalinin ən çox əziyyət çəkdiyi problemlərdəndir. Rayon mərkəzi istisna olmaqla kəndlərdə yay aylarında təsərüffatları suvarmaq bir yana, heç içməyə də su tapılmır. Sovet dönəmindən bəri istifadədə olmuş subartezian quyularının demək olar ki, hamısı istismar müddətini başa vurub. Onların yenisi ilə əvəz olunması, rayonun su probleminin qsmən də olsa aradan qaldırılması üçün dövlət səviyyəsində vəsait ayrılsa da, hələlik vəziyyətin düzələcəyinə ümidlər azdır. Rayonun icra başçısı isə diqqətini heç olmasa bu sayaq həlli vacib məsələlər üzərində cəmləşdirmək əvəzinə şəxsi problemlərinə yaşıl işıq yandırmağın hayına qalıb.Əlbəttə, belə yerdə deyirlər də, eyb etməz, çətin günün də ömrü az olur…

İcra başçısı hamıdan haqq alır, bələdiyyələr belə onun əlindən qan ağlayır
İcra başçısı hamıdan haqq alır, bələdiyyələr belə onun əlindən qan ağlayır