backend

İnformasiya saytı Qazidarəsində necə qaz vurub qazan doldurur?

İnformasiya saytı Qazidarəsində necə qaz vurub qazan doldurur?
Bugün əməkdaşımız və Abşeron rayon Xırdalan şəhəri Mexkalon 23-də yaşayan Laçın rayonu Malbəy kənd məcburi köçkünü, Behbudov Mahir Tofiq oğlu və Qobu qəsəbəsində Fizuli rayonundan məcburi köçkün Əliyev Elşad Sərxan şikayyətlə redaksiyamıza müraciət ediblər bildiriblər ki, 29 oktyabr 2015-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində və Qobu qəsəbəsində yerləşən Qaz İstismar Sahəsinə evlərinə qaz xəttinin çəkilişi ilə bağlı müraciət ediblər, lakin ordan onlara cavab veriblər ki, "Azəriqaz" İB qaz çəkmə layihəsini tenderə qoyaraq özəl şirkətlərə verib. Ordan ona bu şirkətlərdən birinin nömrəsini (+994552825119 Ceyhun) veriblər. Şikayyətçilər bu nömrəyə müraciət edib Ceyhun bəylə görüşüblər. Ceyhun bəy şikayyətçilərə deyib ki, bu iş hərəsinə 250 AZN-ə başa gələcək (bu məbləğə qaz trubası, sayğac, smartkart, usta pulu və kod daxildir). Şikayyətçilər bildiriblər ki, məcburi köçkündürlər bizə güzəşt edin və Ceyhun bəy söyləyib ki, bu işi 150 AZN-ə etmək olar. Ondan sonra hər Ceyhun bəyə zəng edildikdə söyləyib ki, bu gün günortadan sonra ya sabah səhər ustaları göndərib yerində hesabat aparılacaq. Lakin 1 noyabr 2015-ci il tarixində şikayyətçilərə +994557286757 nömrəsindən Şahin adlı şəxsdən zəng gəlib söylənilib ki, gəlib baxılacaq. 02 noyabr 2015-ci il tarixində şikayyətçilər yenidən müraciət etdikdə onlara bildiriblər ki, işlər dayandırılıb ona bildirildikdə ki, siz bizə belə qiymət deyibsiz sizin işiniz aidiyyatı orqanlara veriləcək Ceyhun bəy şikayyətçilərə bildirib ki, gedin nə edirsiz edin mənə dəxli yoxdur, gedin əliniz hara çatır edib. Ondan sonra dərhal +994558086626 nömrəli telefondan İftixar adlı şəxs onlara zəng edərək söyləyib ki, gəlib baxaraq işə. Şikayyətçilərin evlərinə gedildikdən sonra onların hərəsindən 220 AZN tələb olunub və deyilib ki, 1 qəpik də olsun endirim yoxdur bundan əlavə bu məbləğə yalnız sayğacla kart daxildir söyləyib. Sonra bunların avtomobilinə yaxınlaşdıqda şikayyətçi Mahir görüb ki, avtomobili ön şüşəsinə www.iqtidarpress.az (Baş redaktor T.Cəfərova, əlaqə telefonu 055/070/050 2991607) informasiya saytının press yapışqanı və İftixarın adına PRESS vəsiqəsi asılmışdır.
Saytımızın baş redaktoru İftixar bəyə zəng etdikdə bəy kobud cavab verib deyib ki, bəli mən mətbuat işçisiyəm özüm də qazçəkmə lahiyyəsini udan özəl şirkətin rəhbəriyəm.
Şikayyətçilər bilmək istəyirlər ki, Mətbuat Şurası necə yol verir ki, saytın adı ilə qaz idarəsinin işçiləri istifadə edirlər və vətəndaşlarla kobudcasına rəftar edirlər? İnforasiya portalı və qaz idarəsinin nə əlaqəsi var?
Redaksiya olaraq şikayyətlə biz "Azəriqaz" İB-yə və Mətbuat Şurasına ərizə ilə müraciət ediləcək və bu işlər araşdırılıb tədbir görülməsi tələb olunacaq.

İRADƏ NAZİMQIZI