backend

Evinə qaz çəkdirmək PULSUZ OLACAQ

Evinə qaz çəkdirmək PULSUZ OLACAQ
Zaqatala rayununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib.
Neft şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda qaz sənayesinin inkişafında böyük irəliləyişlərlə yanaşı, yaranan problemlərin aradan qaldırılması üçün qərarlar qəbul olunur. Yeni sistemə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər "ASAN Xidmət" vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla "ASAN Xidmət"ə müraciət edərək çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək. Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.