backend

Rusiya Türkiyə limonuna qadağa qoymadı

Rusiya Türkiyə limonuna qadağa qoymadı





10 ayda 90 min ton limon idxal edən Rusiyanın qadağan etdiyi Türkiyə məhsulları arasında limon yoxdur.

Qeyd edək ki, Rusiya Türkiyədən idxal edilən meyvə, tərəvəz və toyuq məhsullarına qadağa qoymayıb. Lakin siyahıda limonun yer almaması diqqət çəkir.

Musavat.com Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə 2015-ci ilin 10 ayı ərzində 214,8 milyon dollarlıq limon ixrac edib. Türkiyənin limon ixracatında ilk yeri Rusiya tutur. 10 aylıq statistikaya görə, bu ölkəyə 53,8 milyon dollarlıq limon ixrac edilib. Bu, təxminən 90 min ton limon deməkdir.