backend

"Priora"nın istehsalı dayandırıldı

"Priora"nın istehsalı dayandırıldı

"AvtoVAZ" cari ilin dekabr ayı üçün nəzərdə tutulan planını tam doldurduğu üçün bu gündən etibarən "Lada Priora"nın istehsalını dayandırıb.

qaynarxett.az "İnterfaks"a istinadən xəbər verir ki, "Lada 4x4" modelinin istehsalı üçün konveyerdə modernləşdirmə işlərinin aparılacağı bildirilib. Gələn ilin yanvar ayının 18-dən işlərin başlayacağı bildirilsə də, işçilərin hər gün işə gələcəkləri və istehsalın daha da təkminləşdirilməsi üçün çalışacaqları qeyd edilib.

Qeyd edək ki, daha öncə də “AvtoVAZ”ın istehsalı 1 aylıq donduracağı barədə xəbər yayılmışdı.