backend

Rayola: "Onun qiyməti 170 milyon avrodur"

Rayola: "Onun qiyməti 170 milyon avrodur"


"Milan"ın gənc istedadı Canluici Donnarumma A Seriyası üçün ilin tapıntılarından biri hesab edilə bilər.

Bir müddət əvvəl 16 yaşlı qapıçı barədə fikir bildirən təcrübəli adaşı Buffon onun gənc olmasına rəğmən, təzyiqlərin öhdəsindən layiqincə gəldiyini bildirmişdi.

Goal.az xəbər verir ki, Donnarummanın agenti Mino Rayola isə onu transfer qiymətini "dağ başına qoyub".

"Onu Modcilani (red. italyan rəssam və heykəltaraş) ilə müqayisə edirəm. Canluicinin qiyməti 170 milyon avrodur. Onun parlaq gələcəyi var. İstedadlı oğlandır və böyük çempion olacaq" - Rayola deyib.