backend

Laçın köçkünündən prezidentə müraciət

Laçın köçkünündən prezidentə müraciət


Laçın köçkünü prezident İlham Əliyevə müraciət edib

Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev Cənablarına Laçın rayon Vağazin kəndindən məcburi köçkün hal-hazırda Ağcabədi rayon Taxta-Körpü qəsəbəsində müvəqqəti məskunlaşmış Dünyamalıyev Aqil Rəşid oğlu tərəfindən

Ə R İ Z Ə

Hörmətli Prezdentimiz bildirirəm ki,mən məsuliyyətin bilmədən qardaşıma evlənməsi üçün qız qaçırmada kömək etmişəm və cəzamı çəkmişəm. Hal-hazırda Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində I-II-ci qrup əlil valdeyinlərimlə yaşayıram. Laçın rayon Polis Şöbəsinin rəisi Kərimov Məhəmməd və Musayev Çingiz məni cinayət etməyə və intihar etməyə məcbur edirlər. Harda bir cinayət baş verir adını çəkdiyim polis əməkdaşları həmən məni narahat edirlər ki,sən "türmeşiqsən" sən etmisən.

Hörmətli Prezdentimiz, subut-dəlil olmadan məni gündə polis şöbəsinə çağırırlar, cinayət edən kimdirsə qalır qıraqda məni yaşamağıma peşman edirlər. Taxta-Körpüdə artıq komendat saatı yaradıblar gecə 09:00-dan sonra işin varsa da evdən çölə çıxa bilmərsən dərhal polislər deyir nə gəzirsən? Evimizdə çörək qurtarır polislərin dərdindən evimizdən çölə çıxa bilmirik. Özünü rəis sayan Kərimov Mamed normal yaşayışımıza imkan vermir. Kərimov məni otağına çağırıb deyir - sən "dasdoynu oğlansan, kişisən işi boynuna al" Deyirəm mən nə etmişəm ki, boynuma da alam?

Hörmətli Prezdentimiz, o haqq əlini bizə yetir, yoxsa Kərimovun nahaq əli bizi nahaq isdiqamətə aparacaq. Çiçəklənən və inkişaf edən Azərbaycanın və YAP-ın şəffaf siyasətinə Laçınlılar kampakt yaşadığı Taxta-Körpü ərazisində kölgə salır,əhalidə pis fikir oyadır. Buna sübut bütün günü burada yaşayan sakinləri şöbə əməkdaşları tərəfindən incidilməsidir. Sanki insan özün diktator ölkədə hiss edir rayon rəisinin sayəsində.

Hörmətli Prezdentimiz, bizə köməkedin belə getsə xəstə valdeyinlərimə Məhəmməd Kərimov çəkdirdiyi stresdən və təşvişdən həlak olacaqlar. Onu da bildirirəm ki, bu gün(08.01.2016) Kərimov ailəmə çəkdirdiyi stres nəticəsində I qurup ankoloji xəstə anam depresyaya düşüb təcili yardım xidməti ona saat 8 radələrində tibbi yardım göstərib.

Biz Cabbarov ailəsini də Dünyamalıyev ailəsi kimi tez-tez şöbəyə çağrılaraq yersiz şərtlərlə sıxışdırılaraq incidirlər insan elə bilirki Taxta-Körpü qəsəbəsi cəngəllik qanunları ilə idarə olunur.

Mən Baxşalıyev İlham Dünyamalıyevlər və Cabbarovlar kimi Laçın rayon Polis şöbəsi tərəfindən həmişə təqib edilərək incidilirəm.

İmzalar:

AZE № 13961745 Dünyamalıyev Aqil

AZE № 03331693 Dünyamalıyev Rəşid

AZE № 13236946 Dünyamalıyeva Adilə

AZE № 13959162 Cabbarov Sərvər

AZE № 04938142 Cabbarov Cabbar

AZE № 13959164 Cabbarov Minə

AZE № 13959163 Cabbarov Eldənir

AZE № 09858237 Baxşalıyev İlham