backend

İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilib

İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilib



Milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın qaz nəhəngi olan “Qazprom” ilə danışıqlara etiraz olaraq aksiya keçirilib.

Aksiya iştirakçıları “Qazprom”un gürcü bazarına girməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Virtualaz.org-un gürcü saytlarına istinadən xəbərinə görə, etiraz edənlər bildirirlər ki, “Qazprom”un Gürcüstan bazarına daxil olması Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməsi deməkdir.

Onlar qeyd edirlər ki, bu planın həyata keçirilməsində Bidzina İvanişvili fəal iştirak edir.

Bu saatlarda Energetika Nazirliyində Kaxaber Kaladzenin gürcü ekspertləri ilə görüşü keçirilir. Nazir onları “Qazprom” ilə danışıqlarn şərtləri ilə tanış edir.