backend

Maaşını ala bilməyən işçi müdirinin evini yardı - Bakıda

Maaşını ala bilməyən işçi müdirinin evini yardı - Bakıda

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Xəzər rayoununun Şüvəlan qəsəbəsində villadan oğurluq edən şəxsləri saxlayıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, fərdi yaşayış evinin qarət edilməsi ideyasını Qubar rayon sakini Məhəmməd Sərdarov verib. Məhəmmədi bu cinayətə sövq edən səbəb işlədiyi yerdə müdirinin ona maaş verməməsi olub
Məhəmməd Sərdarov
Məhəmməd tanışlarını da başına yığaraq, müdirindən qisas almaq üçün coxmərtəbəli fərdi yaşayış evini qarət etməyə gedib: “Hasardan tullandım içəri, qapını açdım. Çağırdım uşaqları, gəldilər. Götürdük, çıxdıq getdik”.
Tanışlar evdən əntiq ev əşyaları və velosiped oğurlayıblar. Əldə etdikləri qənimətləri isə Sabunçu bazarındada satmağa çalışıblar.
Rəşad Əzimov
Daha sonra dəstə üzvü Rəşad Əzimovun Bakıda gizlətdiyi 19 kiloqram marixuananı da götürərək Quba rayonuna üz tutublar . Lakin onların sevinci cox çəkməyib və yolda tutulublar
Faktla bağlı araşdırmalara başlanılıb, istintaq davam etdirilir.