backend

Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi

Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi


Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib.

Aznews.az bildirir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O bildirib ki, sökülən daha 51 obyektin sənədləri hazırlanır, yaxın vaxtlarda onlara da kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək".

Xatırladaq ki, Abşeron küçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeydə alınıb. Onlardan 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.