backend

Ekspertdən sərhədyanı kəndlərlə bağlı təkliflər

Ekspertdən sərhədyanı kəndlərlə bağlı təkliflər



Arzu Nağıyev: “Dağlıq Qarabağın təmas kəndləri vergidən azad olunmalıdır”

“Düşünmürəm ki, Fizuli rayonuna Ermənistanın təsiri ola bilər və yaxud Siyəzəndəki hadisələr məhz Rusiyadan idarə edilir. Eyni zamanda İranın Lənkəranda təsir dairəsi bu qədər geniş olması da ianadırıcı deyil”.

Siyasi şərhçi Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında belə deyib. Ekspertin fikrincə, burada əsas məqam yerli idarəçi məmurlarla xalq arasında yaranmış narazılıqlardan və ya oliqarxlaraın belə bir vaxtda möhtəkirlik edərək öz nəfslərinə hakim kəsilə bilməməliklərindən gedir: “Bu gün hamıya məlumdur ki, inhisarçılıq olub və prezidentin səyləri nəticəsində buna son qoyulmaq istiqamətində prosslər gedir. Təbii ki, bu proseslər nə həmin o oliqarx-inhisarçıları ,nə də ki,onların hesabına varlanaları qane etmir. Məhz buna görə də müxtəlif addımlar atırlar, etirazlar təşkil edirlər. Sərhəd rayonları söhbətinə gəldikdə isə məsələn, Siyəzən rayonunda əsas iki istiqamətdə iqtisadiyyat olub - neft və balıqçılıq. Bu gün hər iki istiqamətdə də tənəzzül var. Balıqçılığa liseniya və qadağalarla imkan verilmir, neftin də qiyməti düşüb. Bundan başqa digər sektorlar da inkişaf etməyib,işsizlikdir, pay torpaqları da həmin oliqarxlar və məmurlar tərəfindən dəyər-dəyməzinə alınıb və ya zəbt edilib. Düşünürəm ki, kəndli torpağa qayıtmalıdır və bu istiqamətdə mühüm addımlar atılmalı və şərait yaradılmalıdır”.

A.Nağıyev hesab edir ki, Dağlıq Qarabağın təmas kəndlərində, Ermənistanla həmsərhəd kəndlərdə qeydiyyatdan keçən və fəaliyyət göstərən istənilıən iqtisadi qurumlar bütün növ vergidən azad olunmalı, tutulan çüzi vergilər də yerli bələdiyyə və ya buna uyğun qurumlarən büdcəsinə ödənilməlidir: “Aksiz markalı spirtli içki və tütün məmulatının kartla satışı məsələsində də prezident tərəfindən verilən yeni sərəncam düşünürəm ki, normal bir addımdır. Yəni söhbət kiminsə nə qədər spirtli işki qəbulundan getmir ki? Təbii ki, bu istiqamətdə dövriyyə həddən artıq böyük olur və büdcəyə daxil etmələr də nəzərəcarpan qədərdir. Əsas məsələ istehsalçı ilə topdansatış müəssisələri arasında olan mübadilənin tənzimlənmə mexanizmindən gedir. Təbii ki, bu da sona qədər tənzimlənmədiyi üçün çətinliklər və cavbsız suallar yaratdı. Buna görə də düşünürəm ki, prezident düzgün qərar qəbul etdi. Eyni məsələni gömrüklə bağlı də şamil etmıək olar. Əvvəllər 10000 ABŞ dolları 8000 min manat və ya 10500 manat edirdisə, artıq bu rəqəm dəfələrlə çoxdur və bir ailənin Azərbaycana gətirə biləcəyi yük artıq istifadə üçün deyil, biznes fəaliyyəti üçün qədər olur. Bu qədər məbləğin də vergidən və ya rüsumdan azad edilməsi təbii ki, büdcəyə dəyən zərərdir. Məhz bu istiqamətdə də müvaviq addımların atılması təqdirə layiqdir”.