backend

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN “KƏNDXUDASI” - ŞİKAYƏT

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN “KƏNDXUDASI” - ŞİKAYƏT

Qaynarxətt.infonun elektron poçtuna Bakı Baş Gömrük idarəsinin rəis köməkşisi Elnur Kərimov barədə ilginc məlumat daxil olmuşdur. Bir qrup sahibkar tərəfindən göndərilmiş şikayət məktubunda deyilir: “Hörmətli redaksiya, indiki böhran vəziyyətində dövlətimizə kömək etmək biz sahibkarların mühüm vəzifəsidir. Bunu möhtərəm prezidentimiz də dəfələrlə vurğulayıb və aidiyyatı qrumlara ciddi göstərişlər verib. Lakin bəzi məmurlar bunun heç fərqində deyillər. Baki Baş Gömrük idarəsinin rəis köməkçisi Elnur Kərimovu bir neçə ildir ki, tanıyırıq. Bu adam böyük-kiçik tanımır, özünü həmişə kobud aparır. Ondan rəis barədə bir söz soruşmaq belə olmur, “buranın rəisi mənəm, nə sözünüz varsa mənə deyin” deyir. Biz generalla görüşmək istədiyimizi bildirdikdə isə o, müxtəlif bəhanələrlə bizi aldadır”.

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN “KƏNDXUDASI” - ŞİKAYƏT

Şikayət məktubunda bildirilir ki, Elnur Kərimov 6 ildir ki, bu vəzifədə çalışır. Onun fəaliyyətindən nəyin ki, iş adamları hətta idarə işçiləri belə cana doyublar. Heç bir ali təhsili olmadığını qeyd edən məktub müəllifləri bildirirlər ki, E.Kərimov rəhbərlik tərəfindən toxunulmamazlıq şəraitindən istifadə edərək özünə əmməlli- başlı var-dövlət toplayıb. Onun Novxanıda dəb-dəbəli villası, bir neçə sayda evi və qiymətli maşınları vardır. Hətta bu günlərdə idarə etdiyi “Santafe” markalı maşını əzilsə də o səhəri gün həmin maşının yenisini alaraq işə gəlmişdir. Təəccüblüdür ki, aylıq əmək haqqısı 300-400 manat arasında olan bu adamda bu qədər var-dövlət hardandır?!. “O, hər kəsin yanında açıq aydın deyir ki, Vüsal Novruzovun səlahiyyətlərini mən icra edirəm, mənə tabe olmalısınız. Biz inanırıq ki, cənab generalın bundan xəbəri yoxdur. Xəbəri olsaydı o, öz nüfuzuna xələl gətirən bu şəxsi ciddi tənbeh edərdi. Ümumiyyətlə bu şəxs özünü loru dillə desək idarənin “KƏNDXUDASI” kimi aparır”.
P.S - Mövzu diqqət mərkəzindədir, araşdırmalar aparılır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.