backend

CİLOV QƏSƏBƏ XƏSTƏXANASININ BAŞ HƏKİMİ VAQİF NURİYEVİN EŞQ MƏCARALARI-Nazir O.Şirəliyev cənablarının nəzərinə

İki gün əvvəl Cilov qəsəbəsi Dənizçi küçəsi 53-də yaşayan Hüseynov Rüstəm Həsən oğlu, 16 saylı birləşmiş xəstəxananın baş həkimi Vaqif Nuriyevdən mətbuata şikayət məktubu ünvanlamışdı. Şikayət məktubunda maraqlı detallarla yanaşı, olduqca ilginc fakt da qeyd olunub.

CİLOV QƏSƏBƏ XƏSTƏXANASININ BAŞ HƏKİMİ VAQİF NURİYEVİN EŞQ MƏCARALARI-Nazir O.Şirəliyev cənablarının nəzərinə Redaksiyaya daxil olan məktubda qeyd olunur ki, Vaqif Nuriyevin rəhbərlik etdiyi xəstəxanada öz işçisi (ad və soyadı etik səbəblərdən yazmırıq – X.T.Ç) adlı bir xanımla qeyri-qanuni nigahda olub və bir qız uşaqları dünyaya gəlib. Ona görə də, özü ilə bir xəstəxanada həkim işləyən həyat yoldaşının və qohumlarının işə gəlməsinin qarşısını alır.

Məktubda deyilir: “Bu yolla baş həkim öz əməllərini qohum – əqrəbasından gizlədə bilər. Xüsusən də öz həyat yoldaşından. Bəs ictimaiyyətdən necə gizlədəcək? Bu sual altındadır. Siz deyin, belə bir şəxsin rəhbər vəzifədə işləməsi nə dərəcədə düzgündür? Özü də kiçik bir qəsəbədə. Onu da deyim ki, V.Nuriyev sevgilisinin də adamlarını diqqətdən kənarda qoymayıb, işlə təmin edib”.

Məktubda qeyd olunur ki, xəstəxananın iki maşını var ki, onlardan biri şəxsən baş həkimin sevgilisinə xidmət edir. Xüsusən işə aparmaq, işdən evə gətirmək, evdən sərnişin gəmisinə, gəmidən evə gətirmək kimi xidmətləri sürücü həyata keçirir.

“Əlbətdə bütün bunlar V. Nuriyevin göstərişi ilə edilir. Sizdən xahiş edirəm ki, araşdırma qrupunuz V.Nuriyevin xanımının işə davamiyyətini yoxlasınlar. Sərnişin gəmilərinin tərtib etdiyi siyahılarda bu öz əksini tapacaq. Xanımın işə davamiyyəti heç də o birilərindən fərqlənmir”… və sairə…

P.S
Əslində daha ciddi ittihamlarla dolu olan məktubda daha boyuk və prokurorluq orqanlarının araşdıra biləcəyi ittihamlar yer alır…
Məsələn, bu günlərdə xəstəxanada işləyən daha bir xanım (ad bəllidir… N) analıq məzuniyyətinə çıxıb və onun da deyəcəkləri var…
Araşırmalarımız dava edəcək…