backend

«Cahargah» oteli-- əxlaqsızlıq yuvası

«Cahargah» oteli-- əxlaqsızlıq yuvasıSuraxanının polis rəisi Namiq Həsənov burda baş verən qadın ticarətinə niyə göz yumur? Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən insan alverinə qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir. Məhz nazirliyin əməkdaşlarının keçirdikləri əməliyyat və reydlər nəticəsində qadınları fahişəliyə cəlb edən şəxslər aşkarlanaraq məsuliyyətə cəlb edilirlər. Amma həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, qadın ticarəti ilə məşğul olanların qanunsuz əməllərinin qarşısını birdəfəlik almaq mümkün olmur. Hazırda paytaxtın müxtəlif ərazilərində restoran, otel, istirahət mərkəzi adı altında əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Həmin obyektlərdən biri də Türkan-Hövsan yolunda yerləşən "Cahargah" otelidir. Daxil olan məlumatlarda bildirilir ki, bu oteldə günün 24 saatında neqativ hallar yaşanır, müxtəlif yaşlı qızlar cinsi istismara məruz qalırlar: «Otelin sahibinin həkim olduğu bildirilir. Amma o özü buranı işlətmir, aylıq icarəyə verib. Deyilənə görə, obyektin aylıq kirayə haqqı 5 min manatdan yuxarıdır. Otel aşkar şəkildə priton kimi fəaliyyət göstərir. Bura müştərilər həm özləri ilə qız gətirə bilərlər, həm də oteldə müştərilərə təklif olunası qızlar var. Otelin sahibi olan həkim Mədəniyyət və Turizm Nazirliyində özünə adam taparaq xüsusi razılıq sənədi, yəni lisenziya alıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları oteldə reyd keçirmirlər. Təzə polis rəisi Namiq Həsənov bu posta təyin olunandan sonra bir dəfə də olsa otelin fəaliyyəti ilə maraqlanmayıb. Məhz bu səbəbdən «Cahargah»da aşkar şəkildə qadın ticarəti cərəyan edir». Məlumatı verən mənbə deyir ki, oteldə ən ucuz otağın 3 saatı 50 manatdan başlayır: «Bu otaqlar sadə tiplidir. Daha lüks otaqların qiyməti bir sutkalıq 120, yarım günlük üçün isə 60 manatdır». Əxlaqsızlıq yuvası ilə bağlı daha ilginc iddialar var. Lakin hələ ki, həmin məlumatları açıqlamaq istəmirik. Növbəti yazıda obyekti icarəyə işlədən şəxsin kimliyi və polis rəisi Namiq Həsənovun nəyə görə bu obyektin fəaliyyətinə göz yumması barədə maraqlı məqamlara aydınlıq gətirəcəyik.
Yazı ilə bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.
«Cahargah» oteli-- əxlaqsızlıq yuvası