backend

Ya qəbul edirsən, ya da... - Putinin dəhşətli planı

Ya qəbul edirsən, ya da... - Putinin dəhşətli planı
“Amerikalılar və ruslar Yaxın Şərq xəritəsinin üzərində birlikdə işləycək və əraziləri böləcəklər”

Politika.az xəbər verir ki, bu barədə Suriyada əldə olunan atəşkəs razılaşmasını şərh edən Almaniyanın “Sueddeutsche Zeitung” nəşrinin jurnalistləri Yulian Hans və Paul-Anton Kryuger yazıb.

Yazıda vurğulanıb ki, indi bütün tərəflər üsyançı qruplaşmaların harada “oturduğunu” müəyyən etməyə məcburdur: “Amerikalılar uzun müddət Moskvanın tələbini rədd edirdilər. Amma atəşin dayandırılması haqqında razılaşma bunu nəzərdə tutur”.

Alman jurnalistlər qeyd edirlər ki, hərbi məğlubiyyətin bir addımlığında olan Bəşər Əsəd rejimi Rusiyanın dəstəyi ilə Dəməşq və Latakiyada vəziyyəti sabitləşdirib, əskinə Qərb tərəfindən dəstəklənən müxalifət zəifləyib.

“Buna görə də Rusiyanın nöqteyi-nəzərindən atəşkəsin məhz indi əldə edilməsi status-kvonu yaratmaq üçün son dərəcə uğurlu idi. Bundan başqa, atəşkəslə yeni cəbhələri açılması, Türkiyə və Səudiyyə Ərəbistanının quru əməliyyatlarına başlaması, həmçinin üsyançıların hava hücumundan müdafiə kompleksləri ilə silahlandırılması gündəmdə idi. Atəşkəs bunların qarşısını aldı. Eyni zamanda atəşkəs razılaşması Qərbdə Moskvaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı çağırışların səsləndiyi bir vaxtda əldə olunub. Rusiya Suriyada dinc əhalini bombardman etməkdə ittiham olunur”, - “Sueddeutsche Zeitung” nəşri qeyd edib.

Nəşr qeyd edir ki, eyni zamanda bu razılaşma Əsədin rəqibləri üçün praktik olaraq heç bir seçim yeri qoymur: onlar ya razılaşmaya qoşulurlar, ya da terrorçular kimi BMT Təhlükəsizlik Şurası tərəfindən təsnif edilmiş qrupa daxil edilirlər. Gələcəkdə məhz bu qruplaşmaları bombamaq mümkün olacaq.