backend

Putin Sarkisyanı təcili Moskvaya çağırdı

Putin Sarkisyanı təcili Moskvaya çağırdı


Ermənistan prezidenti Serj Sarkisyan sabah Moskvaya yollanacaq.

Avropa.info xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə Yerevandakı diplomatik mənbələr məlumat verib. Mənbəyə görə səfərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi və son zamanlar atəşkəs rejiminin tez-tez pozulması halları olacaq.

Moskva atəşkəsin tez-tez pozulmasından ciddi şəkildə narahat olub. Bu səbəbdən Sarkisyanı təcili şəkildə yanına çağırıb.

Ermənistan xarici işlər naziri Edvard Nalbandayan “Kommersant”ın müxbirinə verdiyi digər açıqlamada deyib ki, görüşdə müzakirə olunacaq ikinci əsas məsələ Avrasiya İttifaqı ilə bağlı həllini tapmamış məsələlər olacaq.