backend

"Azərbaycanın ərazi bütovlüyünü Rusiya təhdid edir"

"Azərbaycanın ərazi bütovlüyünü Rusiya təhdid edir"

Daşqın Gülməmmədov: Azərbaycanın ərazi bütovlüyünü Rusiya təhdid edir

Lavrovun səfəri bunu bir daha sübut etdi. Ermənistan maşa effekti daşıyır.

Son bir həftə ərzidə baş verən proseslər göstərdi ki, Azərbaycanın ərazi bütovlüyünü Rusiya təhdid edir, Ermənistan yox. Bunu mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib, o deyib ki, S.Lavrovun Bakıya səfəri bunu bir daha sübut etdi. Bir daha aydın oldu ki, Ermənistan maşa effekti daşıyır. Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Ermənistan tərəfindən törədilən hərbi təxribatların baş verdiyi anlarda Rusiya informasiya məkanı və informasiya resusrlarının Azərbaycana qarşı aradığı informasiya-təbliğat təxribatlarını analiz edəndə Ermənistanın sadəcə bir vasitə olduğu ortaya çıxır. Biz bir daha gördük ki, işğalçı Ermənistan yox Rusiyadır. Rəsmi Moskvanın dəstəyi olmasa ermənilər özləri Qarbağdan və işğal olunmuş ərazilərdən qaçacaqlar.