backend

Döyüş və dönüş nöqtəsi

Döyüş və dönüş nöqtəsi
Yenə də Azərbaycan informasiya müharibəsində Ermənistanın arxasından gəlir və çatmağa çalışır

/Politika.Az/Yenə də Azərbaycanda bir sıra qüvvələr beynəlxalq mediyanı günahlandırmaqdadır ki, bizim sözümüzü demirlər, Ermənistana tərəfkeşlik edirlər. Bu barədə uzun-uzadı danışmayacaq, qısaca onu deyəcəyik ki, müharibələr yalnız səngərdə aparılmır, onun cərəyan etdiyi başqa ərazilər də var və bu ərazilərdəki nöqtələr, hərb meydanında ələ keçirilən nöqtələrdən heç də əhəmiyyətsiz deyil. Müdafiə Nazirliyinin işi təbii ki, deyişmək yox, döyüşməkdir.

Praktika göstərir ki, döyüş hərəkətlərini zəruri edən səbəblərin izahı və həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması, özü də bunun həm hərbi əməliyyatlardan əvvəl, həm də başa çatandan sonra edilməsi, özü də dürüst edilməsi proseslərə 180 dərəcə fərqli baxış formalaşdırır.

Amma praktika göstərir ki, döyüş hərəkətlərini zəruri edən səbəblərin izahı və həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması, özü də bunun həm hərbi əməliyyatlardan əvvəl, həm də başa çatandan sonra edilməsi, özü də dürüst edilməsi proseslərə 180 dərəcə fərqli baxış formalaşdırır. Ona görə də cəbhə bölgəsində baş verənlərin işıqlandırılması, mürəkkəbi, qanı qurumamış xəbərlərin operativ şəkildə beynəlxalq istehlakçıya çatdırılması kimi strateji məsələ diqqətdən kənarda qalmamalıdır.

Əlbəttə, burada bəzi klişelər də var ki, onlar bizə mane olur. Çünki bəzilərimiz hələ də sovet vətəndaşı təfəkkürü ilə düşünürük ki, axı niyə elə Rusiya televiziyalarında Azərbaycanın mövqeyini əks etdirən reportajlar yoxdur, ermənilər isə az qala bu kanallarda öz sözünü deyir. Cavab sadədir. İndi arıq SSRİ yoxdur və bu ölkənin hər bir müttəfiq respublikada öz telenümayəndəliyi yoxdur. Yəni Vladimir Nazaryanın cavabını daha Mais Məmmədov verməyəcək. Çünki sovet telesistemi də Sovet İttifaqı ilə birlikdə tarixə gömülüb.

Mir Şahin Ağayev "Hesabat" verilişi-İnformasiya müharibəsi

Azərbaycan artıq müstəqil dövlətdir və onun öz telekanalları var və bu kanallar peyk vasitəsi ilə dünyanın demək olar ki, hər yerinə yayımlanır. Niyə biz cəbhə xəbərlərini Fransaya, Rusiyaya, Almaniyaya öz telviziyalarımızla yaymaq, buna görə də texnologiyalarımızı yeniləmək haqqında düşünmürük.

İndi bir dəqiqəlik hadisələrə bu tərəfdən yanaşaq, niyə biz Fransada, Belçikada bir hadisə baş verən kimi o saat həmin ölkələrin telekanallarının koordinatlarını dərhal tapır və bütün günü o kanallarda gedən baş xəbərləri izləyirik və həmin kanalları hətta birbaşa efirə belə qoşuruq? Bəs niyə həmin ölkələr eyni işi Azərbycanda nəsə baş verəndə bizim kanallarımızla etmirlər? Biz özümüz öz xəbərlərimizin eksklüziv daşıyıcısı olmaq şərəfini anlamadan başqa ölkələrin kanallarının kölgəsini qılınclayırıq.

Əlbəttə ANS öz imkanları və dünyanın nüfuzlu kanalları ilə olan işgüzar, dost əlaqələrindən istifadə edərək cəbhəyanı zonalardan reportajlar göndərdi. Beynəlxalq ENEX təşkilatının üzvü kimi bura daxil olan 50-dən artıq kanal məhz ANS-in döyüş zonasından birbaşa reportajlarını aldı və yaydı. Amma yaymayanlar da oldu. Məsələn NTV kanalına Vahid Mustafayevin NTV kanalı üçün hazırladığı reportajı kanal sonda qəbul etmədi. Səbəbi sadəcə həqiqət deməsi idi

Hələ sovet təfəkküründən qalma bir başqa çöküntümüz də var. Rusiyadan, məsələn, elə LİVE -NYUS gəlir, o saat vəhydən bir tapşırıqla yerli icra haikmiyyətləri əl-ayağa düşür ki, ay cənabə bacı, bizim məmləkətə xoş gəlmisən, daha heç kəsin ağlına gəlmir ki, bu anamız, bacımız olmamış niyə gəlib, yubkasının altında nə gizlədib…

Əslində isə, belə beynəlxalq gəlin-bacını yoxlamaq, hədəfini, məqsədini aydınlaşdırmaq, ona görə məsuliyyət daşıyan şəxsdən iltizam alıb sonra həmin şəxsi cəbhə zonasına buraxmaq lazım idi… ki, sabah ortaya xoşagəlməz bir hal çıxanda müqəssir o saat tapılsın. Daha indiki kimi yox. Təxribatçını şəxsən rayon icra hakimiyyətinin memarı müşayiət edir, amma rayonda heç bir müvafiq qurum bilmir ki, Jenya xanımı ağac dibinə kim aparıb?

Məsələnin araşdırılması isə bu saat da açıqdır. Kennedinin qətli kimi. Düşünürük ki, bu bəlaların kökü yerli informasiya daşıyıcılarına sayğısızlıq, onlara "mestnıy mal" kimi yanaşmaq adətindən irəli gəlir. Sonra da əsəbiləşirik ki, bu köpəyuşağının xarici yenə də Azərbaycanı göstərmədi e… Amma bir kəsin ağlına da gəlmir ki, elə həmin o Rusiyanın Live-Nyus və başqa kanallarının mövcud olduğu Rusiyada Azərbaycan kanalları da peyk vasitəsilə yayımlanır və ölkəmizdə baş verənlərlə doğrudan maraqlanmaq istəyənlər varsa ordan birbaşa yayımdan xəbər götürə bilərdilər… Deməli, məsələ onlarda deyil, bizdədir. Bəlkə bir özümüzdən soruşaq: niyə bizim göstərdiyimizə baxmaq istəmirlər, gəlib özlərinin görmək istədiklərini çəkib aparırlar?! Bəlkə, bizi görməyə sadəcə kimlərinsə gözü yoxdur.

Və nə yaxşı ki, Azərbaycanın bu günkü vəziyyəti ona hər hansı informasiya tərtibatından tam asılı etmir. Əlbəttə, informasiya müharibəsi müstəsna əhəmiyyətldir, amma dövlətin bu günkü geosiyasi relyefi və on illərlə aparılan siyasətin nəticəsi son dərəcə mühüm məqamlarda onu sığortalayır. Yəni heç də hər şey informasiya müharibəsindən asılı deyil və şükür Allaha ki, asılı deyil. Artıq Bağdagül xala da bilir ki, bu günkü dünyada hər şeyi guc həll edir.

Elə Rusiyanı götürək, Ukraynanın içinə girdi, Krımı götürdü və bunun ardınca sözün məcazi mənasında Putin əsl informasiya gülləboranına düşdü. Adam haqqında, onun dövləti barədə daha nələr demədilər, bütün dünyanın ən aparıcı kütləvi nformasiya vasitələri bir ağızdan Rusiyanı demək olar ki, lənətlədilər. Nə baş verdi? Rusiya Krımdan çıxdı? Yox. Əksinə, hələ bir Suriyada da at oynatdı.





Deyəsən, Kerrinin Moskvaya son səfərində heç Ukrayna ciddi söhbət mövzusu da olmadı. Sözümüzün canı budur ki, dünya artıq yenidən düşərgələnib. Hamı bilir ki, kim kimin və ya kimin gücünün tərəfindədir. Bu gün Azərbaycan güclüdür və getdikcə güclənir. Bu ölkədə dünya miqyaslı tədbirlər keçirilir. Ölkə iqtisadi, mədəni, siyasi əlaqələrinə görə Avropanın priortetlərinin mərkəzi rollarından birində çıxış edir. 20 il ərzində böyük işlər görülüb. Xatırlayırsız? Hələ on il əvvəl Azərbaycan prezidenti hara yola düşürdüsə onun gəlişinə ermənilər yığışıb bir etiraz aksiyası keçirirdilər. İndi isə hər şey dəyişib. Artıq eyni aqibəti Serj Sarqsyan yaşayır.

Bu dəfə nəyi müşahidə etdim. Ermənilər köhnə klişelərdə işləməyə başladılar. Provakasiyalara yol verdilər, həmişəki kmi əzabkeş xalq ağlaşması qurdular, diasporaya müraciət etdilər, yalvardılar!

Azərbaycan tərəfdə zəncilərin vuruşduğunu iddia etməyə, İŞİD-in, Türkiyə xüsusi təyinatlılarının Azərbaycan tərəfdən döyüşdüyünü iddia etməyə üz qoydular. Və bu üz də qara çıxdı. Bu texnologiyalar artıq müasir dünyada işləmir. Unutdular ki, elə özlərinin ən fəal şəkildə istifadə etdiyi internet var. Hansı ki, 90-cı illərin Qarabağ davasında yox idi. O, zaman onlar doğrudan bu təbliğat davasını udurdular. Amma indi internet var və hər bir yalanın ömrü olsun qoy maksimum 3 dəqiqə.

Öz nimdaş texnologiyaları ilə əksinə özlərini pis vəziyyətdə qoyurlar. Yaydıqları İŞİD MİŞİD məlumatları ilə öz əhalisini daha çox qorxuya saldılar. Gah yazdılar ki, Talış kəndini heç vaxt azəbaycanlılar almayıb, sonra da 3-4 fotoşəkil göstərdilər ki, baxın azərbaycanlılar bu kənddə necə vəhşiliklər törədiblər. Amma bunu nəzərdən qaçırırlar ki, məhz həmin kadrları göstərəndən sonra Əskəran camaatı rayondan qaçmaq üçün ayağa qalxdı.

Elə Azərbaycan da hadisələrin ilk iki günü informasiya ilə arzulanan səviyyədə işləmədi. O zaman zərbəni öz üzərinə burnuna barıt qoxusu dəymiş təcrübəlilər götürdü. Məhz onlar təcrübəsiz, amma hadisə yerindən böyük entuziazmla xəbər vermək istəyən gənc reportyorlara nümunə oldu. Və Azərbaycanın barıt qoxusu dəymişləri erməni tərəfindən fərqli olaraq tam müasir üsullara söykəndlər. Onlar cəbhədə baş verənləri birbaşa efirdə yayımladılar. Bundan sonra vəziyyət tam dəyişdi. Erməni mətbuatının yeni qaçqın anonsları işə yaramadı. Çünki elə həmin o, cəbhəyanı rayonların sakinləri birbaşa efirdə nümayiş etdirdilər ki, bir addım kənara qoyan deyillər… Amma bununla belə biz təbliğatın rolunu əksiltmək niyyətində deyilik. Təbii ki, Azərbaycan işləməlidir və yalnız bu gün yox. Və ona nail olmalıdır ki, dünyanın bütün aparıcı ölkələrində azərbaycanlıların nümayəndəsi açar postlarda yerləşə bilsin.


Ermənistan mətbuatının yaydığı yalan məlumatlar


Bu gün Azərbaycanda ictimai şüur da artıq o deyil.Ölkənin birinci xanımı Mehriban Əliyevadan başlayaraq ən adi xanıma qədər qədər bütün analar, bacılar dərdi içindən çəkməklə eyni zamanda düşmən qabağında sınmamaq nümunəsi göstərdilər. İki il əvvəl beş şəhid üçün matəm elan edən xalq bu gün verdiyi onlarla şəhidi anarkən ağlamaq sıtqamaq yox, qisas almaq haqqında düşünür. Şəhidləri isə elə yola salır ki, sanki bir neçə gündən sonra qarşılayacaq. Erməni və rus analitikləri özləri belə etiraf edirlər ki, Azərbaycanda toplanmış etiraz hissi nə vaxtsa partlamalıydı. Və bu partlayışı xalq özü istəyirdi. Ona görə də "Ellə gələn toy bayramdır!" misalının fəlsəfəsi məhz Azərbaycan atalarına məxsusdur. Elə analarına da. Heç kəs dərdini mağardan cəbhəyə, səngərə çıxarmır. Çünki səngərdə əskər var və vətən yolunda can qoyur.

Xalq şəhidlər verməyə hazır idi. Məhz vətəndaşın bu əhval-ruhiyyəsi imkan vermədi ki, hansısa beynəlxalq təşkilat Azərbaycanda passifist ovqatlı hansısa aksiya keçirsin. 90-cı illərdə eşitdiymiz bir şüar var idi e, "Mən Bakıdan gəlmişəm, vuruşuram, amma yerlilər qaçıb!" kimi minnətli söhbətlər də yox idi. İndi hamı bilir ki, nizami ordu var və hətta kimlərinsə könüllü əskər yazılmaq arzuları belə ustalıqla və vətənpərvərlik hissinə hörmətlə rədd edilir. Yəni qardaşlar və bacılar ehtiyac yoxdu! Biz öz işimizi bilirik. Ermənilərin isə vəziyyəti və vəzifəsi fərqli ili. Onlar ümid edirdilər ki, bir iki mərmi düşən kimi köhnə vaxtlarda olduğu kimi qaçqınlar ordusu yaranacaq. Əhali çıxsa əskər də qoyub qaçacaq. Və biz cəbhədə gördük və əmin olduq ki, əhali öz yerindədir və öz ordusuna onun ali Baş komandanına bütün varlığı ilə inanır.



90-cı illərin Qarabağ davası ilə müqayisədə bir yeni reallıq da var. Sosial şəbəkələr. Ən heyrətamiz müşahidələrim həm də bu amillə bağlıdır.

Bir neçə il əvvəl şəbəkəllilər dövlət və vətən marağından az düşünürdülər. Kosmopolit kimi davranırdılar. Bəzən isə anlaşılmırdı ki, bunu kimsə bilməzlikdən edib, yoxsa kiminsə təxribatıdır. Bu dəfə o da alınmadı. Kimsə nəsə şübhəli bir şey yazırdısa, istifadəçilər onu özləri qınayırdılar, yalnız Müdafiə Nazirliyinin məlumatına istinad etməyi məsləhət görür və həmin yazını çıxarmağa məcbur edirdilər. Ayağı-başı xaricdə olan bir - iki istisnanını çıxsaq, şəbəkədə də hamı səfərbər idi. Onlar da fiziki olaraq Azərbaycanda olmadıqlarından belə ürəkliydilər. Azərbaycanda olsaydılar, elə onların öz qohum-əqrəbalarının daşqalağı ilə rastlaşardılar. Bir sözlə rrməni silahlı qüvvələrinin cavabını verməyə yönəli dörd gün həm döyüş həm də dönüş nöqtəsi oldu.


qaynarxett.az