backend

Füzulidə skandal olaylar: İCRA BAŞÇISINDAN ŞƏHİDLƏRƏ HÖRMƏTSİZLİK - təfsilat

Alı Alıyev iki şəhidin dəfn mərasimini gecikdiyi üçün 2 saat gözlətdirib, başçının oğlu müharibə günlərində barda əyləndiyi üçün döyülüb, müavinin bacısı oğlu isə həbs olunub

/Politika.Az/Füzuli camaatının bəxti heç gətirmir. Bir zamanlar öz doğma yurd-yuvalarından didərgin düşmüş bu insanlar, günün birində onları normal birinin idarə edəcəyinə ümid bəsləyirdilər. Lakin camaat bu arzusuna da çatmayıb. Əksinə, əzabın və əziyyətin içində çabalamaqda davam edir.

Müavinin bacısı oğlu həbs olundu

Ölkənin bütün rayonlarında məskunlaşmış rayon camaatının nə dərdini dinləyən var, nə də dərinə şərik çıxan. Füzulinin icra başçısı Alı Alıyevin özbaşınalığı, hərc-mərcliyə şərait yaratması işi o həddə çatdırıb ki, artıq rayon camaatı bununla bağlı tədbir görülməsini şərt hesab edir. Məsələn, bir müddət əvvəl Alıyevin müavini olan Bağır Aslanovun bacısı oğlunun DYP rəis Müşfiq Əmirovu döyməsi artıq hər kəsə məlumdur. Bununla bağlı prokurorluq cinayət işi qaldırsa da, nə həbs olunan var, nə də məsuliyyətə cəlb edilən. Aydın məsələdir ki, Alı Alıyev müavini xilas etmək üçün «günahkar» tapacaq. Lakin onun kimliyi hələlik məlum deyil.

Dünən isə məlum olub ki, məşhur bacıoğluya 4 aylıq həbs qərarı çıxarılıb. Onu Şüvəlandakı təcridxanaya göndərdiyi bildirilir. Amma Füzuli camaatı buna inanmır. Onlar hesab edirlər ki, bu qurama işdir. Belə məlumatı yaymaqda məqsəd isə məqsədi gizlətməkdir. Ki, camaatın narazılığı yatışsın. İcra Hakimiyyəti bunu belə əsaslandırıb ki, guya, Prezidentin tapşırığı var və o səbəbdən də belə bir addım atılıb. Bəs, sual olunur: Bağır Aslanov niyə işdən çıxarılmayıb? Axı, olayı törədən onun bacısı oğludur, üstəlik, dayısına güvənərək bu addımı atıb. Necə olur ki, gömrük rəisi, xidmət rəhbərinin müavini, icra başçıları belə belə hoqqabazlıqlara görə, işdən çıxarılır, amma Bağır Aslanov yox? Aydın məsələdir ki, bu qurulmuş oyundur və sonda bir günahkar tapılıb, ortaya çıxarılacaq.

İcra başçısının oğlunu barda döydülər

Politika.Az xəbər verir ki, Alı Alıyevin Elvin adlı oğlunun polisdə çalışması da sirrli məsələ sayılmır. Lakin bu adam Füzuli Polis Şöbəsinin harada yerləşdiyini belə bilmir. Qanuna əsasən müharibə şəraitində cəbhə xəttində yerləşən rayonların polis əməkdaşları görəv başında olmalıdırlar. Aprelin 1-dən etibarən Füzuli istiqamətində hücuma keçmiş Azərbaycan Ordusu yüksəkliklər aldığı bir vaxtda Alıyevin oğlu Bakıda 140 min manatlıq maşınıyla yəqin ki, qız qovalayırdı. Çünki baş leytenant olan bu gənc nəinki polis işini sevir, ümumiyyətlə, daşıdığı paqonun məsuliyyətini dərk etmir. Elə bu səbəbdəndir ki, əməliyyatlar gedən vaxt təcili rayona gəlib, işini başında olmaqdansa, Bakıda gecə klublarında pul xərcləməyə üstünlük verib.

Elə bu səbəbdəndir ki, fuzlili gənclər Alıyevin oğlunu barların birindən taparaq, yaxşıca döyüblər. Ona xəbərdarlıq ediblər ki, heç olmasa bu ağır məqamda belə hərəkətlər etməsin. Bu barədə məlumatı isə yerli polislərdən birindən əldə etmişik. Daha doğrusu isə başqa biriylə söhbətinə qulaq müsafiri olmuşuq. Həmin polis zabiti küçənin ortasında bar-bar bağırırdı ki, Alı Alıyevin oğluna niyə medal verilib? Füzulinin ağır vəziyyətində burada olub, torpağı qorumağa görə, yoxsa barda qızlara pul xərclədiyinə görə?

Özbaşınalıqlar pik həddə

Rayonda özbaşınalıqlar bununla da bitmir. Vəziyyət o qədər ağırdır ki, artıq camaat da çıxış yolunu etirazlarda görür. Yanvar ayında bahalaşma əleyhinə keçirilmiş etiraz aksiyalarını güc-bəla yatıran Alıyevin sonradan özünün prosesdə barmağının olduğu aşkarlanması da artıq sirrlikdən çıxıb. Politika.az xəbər verir ki, Füzulinin icra başçısının müavinləri Subartezian Quyularının İstismarı İdarəsinin müdiriylə əlbir olaraq camaatı etiraza qaldırıblar. Məqsəd isə Alıyevin yerinə gəlmək istəyən, hazırda bu aksiyalara görə həbsdə olan Şakir Hacıyevi ləkələmək olub.

İcra başçısından şəhid və şəhid ailəsinə hörmətsizlik

Alı Alıyev üçün şəhid, şəhid ailəsi anlayışı da artıq yoxa çıxıb. Elə bu səbəbdəndir ki, son döyüşlərdə 4 şəhid vermiş rayonda bunun ağrısı-acısı insanlar tərəfindən yaşansa da, İcra Hakimiyyətinin dünyayi aləm vecinə də deyil. Politika.az xəbər verir ki, rayonun ən tanınmış şəhidlərindən biri Elnur Əliyevdir. O son döyüşlərdə Lələ Təpə yüksəkliyini almaq üçün canından keçib. Amma Alı Alıyev onun dəfnində elə bir oyun çıxarıb ki, hamı məəttəl qalıb.

Belə ki, şəhid Elnur Əliyevi evindən çıxarıb, nəşini dəfnə aparanda İcra Hakimiyyətinin əməkdaşları qapının ağzını kəsdiriblər ki, bəs, icra başçısı gəlmədən dəfn edilə bilməz. Alı Alıyev də həmin vaxt haradansa gəlirmiş. Bəlli deyil, yeyib-içməkdən, yoxsa Bakıdakı obyektlərinin haqqını yığmaqdan. Amma məlum olan odur ki, düz iki saat şəhidin cənazəsi evin ortasında qalıb. Həmin vaxt şəhidin ailəsi ilə İcra Hakimiyyətinin şöbə müdiri, saxta diplomlu Qənimət Əliyev arasında mübahisə yaşanıb. Aranı birtəhər sakitləşdirən sakinlər bunun belə qalmayacağını deyiblər. Ona görə də, molladan xahiş olunub ki, əhalini qarşısında şəhidlikdən danışsın ki, vaxt keçsin. Molla da Alı Alıyev gəlməzsə, heç nə danışa bilməyəcəyini dedikdən sonra əsəblər tarıma çəkilib.

Nəhayət, Alı Alıyev gəlib çıxıb. Camaatın qarşısında nə danışıbsa, necə danışıbsa, kimsə bir şey başa düşməyib. Hətta eşidənlərin sayı da xeyli az olub. İşin biabırçı tərəfi isə odur ki, icra başçısı danışıb, qurtardıqdan sonra «Cip» maşınına minib, qabaqda yola düşüb. Camaat da şəhidin cənazəsini çiyninə alıb onun ardınca yola düzəlib.

Alı Alıyevi şəhid dəfnində döymək istədilər

Politika.Az xəbər verir ki, Alıyevin biabırçı işləri bununla da bitməyib. O, Şəhid Elnur Əliyevin ailəsinə qəti tapşırıq verib ki, ehsan verməsinlər. Yalnız 1 stakan çayla kifayətlənsinlər. Həmin sözlərin ardından şəhidin ailəsi ilə icra başçısı arasında mübahisə daha da qızışıb. Hətta az qala Alı Alıyevi məclisdən qovcaqmışlar. Yenə də böyüklərin işə qarışması səbəbindən ortalıq yatışdırılıb. Qeyd edək ki, həmin gündən bəri nə icra başçısı, nə də Füzuli İcra Hakimiyyətinin işçiləri bircə dəfə də olsun yas mərasiminə baş çəkməyiblər. Bu azmış kimi, heç bir maddi yardım da edilməyib ki, heç olmasa gündəlik xərclərini qarşılasınlar. Bir sözlə, icra başçısı şəhidə və şəhid ailəsinə bu şəkildə hörmətsizlik göstərib.

Politika.Az-ın əməkdaşları ötən gün Füzuli rayonunda şəhid Elnur Əliyevin ailəsinə baş çəkiblər. Bundan başqa, rayonun digər şəhidi Əlvan Hüseynovun da yaxınları ilə görüşüblər. Şəhid ailəsi də Alı Alıyev və İcra Hakimiyyətindən narazılıq edib. Onlar deyirlər ki, şəhidin cənazəsi 1 saat evin qarşısında saxlanılıb ki, bəs, kamera gəlib çəkməlidir. Həmin kameraman da gəlib, gözünü ovxalaya-ovxalaya camaata baxıb, «burda nə olub eee…» deyə sənəməyə başlayıb. Bu ailə də nə icra başçısını, nə də İcra Hakimiyyətinin rəsmilərini görməyiblər.

Qeyd edək ki, ümumiyyətlə, şəhid ailələri icra başçısından və rayon rəhbərliyindən çox narazıdırlar. Onlar sual edirlər ki, Cənab Prezident və onun xanımı Mehriban Əliyeva indiki çətin zamanda vaxt tapıb şəhid ailələri ilə görüşə bilirlər, amma Alı Alıyev bunun üçün bir saatını ayıra bilmir?

«Xəbərim yoxdur, bilmirəm…»

Politika.Az daha bir maraqlı məqamın üzərini açıb. Belə ki, saytın əməkdaşları baş verənlərlə bağlı rəsmilərin mövqeyini öyrənmək üçün icra başçısının köməkçisi Zaur Nəsirovla əlaqə saxlayıb. O deyilənləri təkzib etməklə yanaşı, başımızın üzərindəki Allahı da unutmamağı tövsiyyə etdi.

Ardından saxta diplomu olduğu səbəbindən dillər əzbəri olmuş İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyevlə əlaqə saxlayıblar. Onun cavabları isə həqiqətən də «unikal» olub:

- Qənimət müəllim, son döyüşlərdən sonra Füzuli rayonu neçə şəhid verib?

- 4

- Şəhid ailələri göstərilən münasibətdən çox narazıdırlar. Bu nə ilə bağlıdır?

-Bilmirəm.

- Şəhidlərin dəfnindən sonra onların ailələri ilə görüşüb, maraqlanıb, yas mərasiminlərində iştirak etmisinizmi?

- Xeyir.

- Səbəbi nədir?

- Çünki başqa işlərim var.

- Bəs, İcra Hakimiyyətindən kimsə maraqlanıbmı?

-Bilmirəm.

- Şəhid ailələrinə hər hansı bir yardım edilibmi? Ən azından yası yola vermək üçün.

- Xeyir. Axırda hesablanıb, köməklik göstəriləcək.

Şəhid ailələri PA-ya gedəcəklər

Qeyd edək ki, şəhid ailələri 7 mərasimindən sonra söz veriblər ki, Prezident Aparatına getsinlər. Onlar dövlət başçsıyla görüşmək istəyirlər. Məqsədləri ölkə rəhbərliyinə çatdırmaqdır ki, Alı Alıyev kimi birinin rayona rəhbərlik etməsi Füzuli camaatı üçün təhqirdir.

Hətta şəhid Əlvan Hüseynovun əmisi beləcə bildirib ki, o, bu məsələdə güzəşt tərəfdarı deyil. «Alı müəllim. Əslində, ona müəllim deməyə dilim gəlmir. Çünki müəllimlik böyük bir peşədir. Bu adam şəhidimizə böyük hörmətsizlik etdi».

Saxta diplomlu şöbə müdirinin qəribə hoqqası

Qeyd edək ki, şəhid ailələri ilə yanaşı, camaatı maraqlandıran bir məsələ də var. O da Qənimət Əliyevin İcra Hakimiyyətində işləməsinə rəğmən, diplomunun saxta olmasıdır. Belə ki, bununla bağlı Politika.Az artıq TQDK-ya və Təhsil Nazirliyinə rəsmi sorğular göndərməyi qərarlaşdırıb.

Politika.Az xəbər verir ki, əməkdaşlar rayonda olarkən maraqlı bir məsələ ilə də üzləşiblər. Daha doğrusu, Qənimət Əliyevin işlərindən biri haqqında maraqlı sözlər danışılıb. Belə ki, Bahar Muradova rayona gələrək, tədbir keçirirmiş. Həmin tədbirə Alı Alıyevin şəriki Təyyar adlı şəxs də gəlir. Qənimət Əliyev bu zaman Təyyarı kənara çəkib deyir ki, bəs, azca görüm-baxım eləsə, onun adını çıxış edənlərin sırasına yaza bilər. Təyyar da razılaşmayıb, tədbirdən çıxıb gedib.

4000 baş qoyunundan 1-ni əsgərlərə qıymayan adam

Bu əsnada Politika.Az rayonda olarkən daha bir maraqlı məqamın üzərini açıb. Belə ki, Alı Alıyevin təkcə rayondakı fermasında 4000 baş qoyununun olduğu üzə çıxıb. Belə fermaların sayının daha çox olduğu və digər rayonlarda da mövcudluğu rayon sakinləri tərəfindən təsdiqlənir. Lakin maraqlıdır: Müğənni Manaf Ağayev Bakıdan gələrək, əsgərlərimizə yardım edir, amma Alı Alıyev 4000 baş qoyunundan ikisini kəsib, əsgərlərimizə paylamır ki, bəlkə, onların da könlündən nəsə keçir.

Alı Alıyev iki şəhidin dəfn mərasimini gecikdiyi üçün 2 saat gözlətdirib, başçının oğlu müharibə günlərində barda əyləndiyi üçün döyülüb, müavinin bacısı oğlu isə həbs olunub

Füzuli camaatının bəxti heç gətirmir. Bir zamanlar öz doğma yurd-yuvalarından didərgin düşmüş bu insanlar, günün birində onları normal birinin idarə edəcəyinə ümid bəsləyirdilər. Lakin camaat bu arzusuna da çatmayıb. Əksinə, əzabın və əziyyətin içində çabalamaqda davam edir.

qaynarxett.az