backend

Qorxmaz Hüseynovun başı bəlada: 8 MİLYARD QALMAQALI - təfsilat

Qorxmaz Hüseynovun başı bəlada: 8 MİLYARD QALMAQALI - təfsilat

Şəhərin kanalizasiya sistemi batır, Azərsu rəhbəri isə büdcədən ayrılmış pulların hesabatını verə bilmir

Azərsu ASC-nin prezidenti Qorxmaz Hüseynovun başı bəladadır. Politika.Az xəbər verir ki, bunun səbəbi ASC-də aparılan son yoxlamalar və indiyə qədər görülmüş işlərin aşağı keyfiyyətli olmasının üzə çıxmasıdır.

Mənbə bildirir ki, Qorxamz Hüseynov bu şirkətə rəhbər təyin olunandan sonra dövlət büdcəsindən bir neçə içində su və kanalizasiya xətlərinin çəkilməsinə 8 milyard manat pul ayrılıb. Bu vəsaitlə Azərsu Bakı və bir çox rayonların kanalizasiya xətlərini yeniləməli və çəkməliydi.

Qeyd edək ki, şirkət kağız üzərində bu tapşırıqların hamısını yerinə yetirib. Amma necə? Politika.Az xəbər verir ki, Azərsu ayrılmış 8 milyard manatın yarasından çoxunu Bakıda xərclədiyni açıqlayır. Amma Bakının kanalizasiya sistemi nə gündədir? Bu gün paytaxtın əksər rayonlarına hələ də fasilələrlə suyun verilməsi prosesi davam edir. Halbuki sovet dövründə belə hallar yaşananda, insanlar gülərdilər. Çünki müstəqillik əldə etdikdən sonra durumun tam fərqli olacağı düşüncəsi vardı.

Yağış yağdıqdan sonra kanalizasiyaların işləməməsi səbəbindən şəhər gölə çevrilir. Bunu təsvir edən artıq onlarla foto, yüzlərlə kollajlar bütün media səhifələrini bəzəyib. Lakin Qorxmaz Hüseynov hər dəfəsində bundan nəticə çıxarmayıb.

Yol kənarlarında yağış sularının axıdılması üçün nəzərdə tutulan drenajların çəkilməməsinin üstü isə bu yaxınlarda açılıb. Məlum olub ki, həmin drenajların ağzına qoyulmuş dəmir torlar belə oğurlanaraq, satılır. Və ya bir yerdən çıxarıb, başqa bir yerə yerləşdirməklə işlərini bitmiş hesab edirlər.

Rayonlarda inşa edilmiş kanalizasiya xətlərinin bərbadlığı səbəbindən sakinlər yenidən bəbə-baba qaydalarına dönüblər. Belə ki, artıq həyətlərdə xüsusi quyular qazaraq, kanalizasiya sularını ora axıdırlar. Halbuki bu xətlərin çəkilməsi üçün hər rayonda 15-20 milyon manat pul ayrıldığı sirr deyil.

Qorxmaz Hüseynovun «qəhrəman»lığı bununla da bitmir. Azərsu prezidenti yerli Su-Kanal İdarələrinə qəti şəkildə tapşırıq verib ki, əhaliyə satılan puldan əlavə, «levıy» işlər də görsünlər. Məsələn, «moyka»lara, bağlara, fermerlərə və sairə suyun satılması bu qəbildəndir.

Bundan əlavə, Qorxmaz Hüseynov kanalların, su xətlərinin çəkilməsi zamanı torpağın daşınmasından da az pul qazanmır. Məsələn, Azərsunun maşınları bu işləri həyata keçirmək üçün gün ərzində bir neçə dəfə reys edirlər. Şirkət rəhbərliyi isə onların hər reysinə 100-150 manat yazmaqla, böyük məbləğdə pullar silməklə məşğul olur.

Azərsu ilə bağlı araşdırmamız davam edir. Qorxmaz Hüseynovun müdhiş əməlləri barədə geniş bilgi verəcəyik.