backend

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi-- Ölümə yol açan ünvan

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi-- Ölümə yol açan ünvan
Təəssüf doğuran hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev rüşvətxorluğa, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə apardığı halda, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində isə, hər cür xoşagəlməz amillərin baş verməsinə şərait də yaradılır

Respublikamızın səhiyyə ocaqlarında yaşanan xoşagəlməz durum hər zaman əksəriyyəti düşündürmüş və belə bir səbəblər üzündən də, əmələ gələn problemlərin varlığı, bu gün də müzakirə olunan mövzulardan birinə çevrilməkdədir. Son vaxtlar apardığımız araşdırmalar, əldə olunan nəticələr, ümumi müşahidələrimiz və.s, bizi belə bir qənaətə gəlməyə vadar edib ki, hal-hazırda Azərbaycan səhiyyəsində yeni islahat proqramlarının həyata keçirilməsınə sanki zərurət də yaranıb. Çünki, əksər səhiyyə ocaqlarında olduqca səriştəsiz, bacarıqsız həkimlər fəaliyyət göstərir, rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin başına minbir oyunlar açılır, onlar hətta dövlətin rəsmi açıqlamalarında göstərilən təminolunmalardan da kənarda qalırlar.

Bu da bir həqiqətdir ki, bugünkü ictimai həyatımızın göstəriciləri, müasir dövrün tələbləri və.s, səhiyyə ocaqlarında yaşanan problemləri, sanki aradan qaldırmağı da zəruri edir. Düzdür, hökümət səviyyəsində bu yöndə müəyyən addımlar atılsa da, qəti qərarlar qəbul olunsa da, hələ dəəksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, biabırçılıq, xəstələrə ögey yanaşma amilləri tüğyan etməkdədir. Belə səhiyyə ocaqlarından biri də, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzidir.

Adı çəkilən səhiyyə ocağına qarşı belə bir yanaşmamızı məhz ona görə bu cür ifadə edirik ki, hələ bir müddət bundan əvvəl Bakı şəhəri İ.Hidayətzadə küçəsi ev-37A mən-28 ünvanında yaşayan Teyyubova İradə Əhmədiyyə qızı, atası Xəlilov Əhmədiyyə Məmmədiyyə oğlunun ürəyində əmələ gələn problemlə bağlı, adı çəkilən səhiyyə ocağına müraciət etməli olur. Xəstəxananın cərrahiyyə şöbəsində çalışan cərrah həkim İmaməddin Bağırov, ilk öncə xəstəyə baxdıqdan sonra onun əməlliyyat olunmasının vacibliyini bildirir. Amma, 4 min manat rüşvətin müqabilində. Düzdür, İradə Teyyubova ilk əvvəl həkimə müəyyən məbləğdə “şirinlik” verəcəyini düşünsə də, az sonra o, istənilən 4 min manat rüşvəti birtəhər düzəldib İmaməddin həkimə çatdırır.

Diqqəti o halda cəlb edir ki, Əhmədiyyə Xəlilovun ürək əməliyyatı 4 saat çəkir və əməliyyatdan sonra ona, xəstəxananın reanimasiya şöbəsində bir həftə ərzində kislarodla süni nəfəs də verilir. Ümumi vəziyyəti heç də ürəkaçan olmayan Əhmədiyyəni, əməliyyat olunan gündən iki gün sonra palataya köçürürlər. Təəssüf doğuran hal o olur ki, xəstə palataya köçürüldükdən sonra ona həkim nəvazişi göstərilmir, bir kimsə ona diqqətlə baxmır. Belə olan halda xəstənin təzyiqi 196-200-ü keçir ki, bu da olduqca qorxulu anlara sanki bir işarə olur. Və belə bir səbəblər üzündən də, Əhmədiyyə Xəlilovun təzyiqi olduqca yüksəlir və iki dəfə də insulit keçirir. Atasının vəziyyətinin ağırlaşdığını görən İradə Teyyubova həkimə “həkim, atamın təzyiqi yüksəlib, ona bir əlac edin” desə də, İmaməddin Bağırov “heç bir problem ola bilməz” deməklə, olduqca soyuqqanlı şəkildə cavab verir. Əhmədiyyə Xəlilovun vəziyyətinin getdikcə ağırlaşdığını görən İradə xanım bir daha “həkim, bəlkə icazə verəsiniz, mən atamı başqa bir xəstəxanaya aparım” təklifini bildirsə də, həkim ona imkan vermir. Belə bir sayğısızlıq, belə bir səhlənkarlıq təkcə xəstənin qızını deyil, digər yaxınlarını da incidir.

İmaməddin həkim tərəfindən xəstəyə belə bir sayğısız münasibətin göstərilməsi, son anda onun dünyadan köçməsi ilə də nəticələnir. Belə ki, Əhmədiyyə Xəlilov əməliyyat olunduğu gündən on gün sonra, yəni 06 yanvar 2016-cı il tarixdə dünyasını dəyişir. Artıq vəziyyətin dəyişdiyini görən İmaməddin Bağırov, almış olduğu 4 min manat pulu teztələsik geri qaytarmağa məcbur olur.

Bir məqama da diqqət yetirək ki, xəstə əməliyyata götürülərkən ümumi vəziyyəti qənaətbəxş olur. Yəni, verilən analizlərin cavabları qaydasında olsa da, əməliyyatdan əvvəl nə xəstənin qızından, nə də ki, digər yaxınlarından heç bir yazılı ərizə, hər hansı sənəd alınmır. Elə ki, Əhmədiyyə Xəlilov dünyasını dəyişir, onun ölümünə səbəbkar olan həkim özünü olduqca soyuqqanlı aparır, heçnə baş verməmiş kimi, hətta baş verənləri kənardan müşahidə etməklə də kifayətlənməli olur. Daha faciəli hal o olur ki, mərhumun cənazəsini aparmaq üçün xəstəxana rəhbərliyi tərəfindən təcili tibbi yardım təşkil olunmur. Belə olan halda mərhumun qızı İradə Teyyubova, cənazəni şəxsi maşında aparmağa məcbur olur.

Bəli, bütün bunlar bu gün respublikamızın ən öncül səhiyyə ocaqlarından birində yaşananlardır. Onu da qeyd edək ki, bu gün əhalinin xeyli hissəsinin ümumi yaşayış tərzi, o qədər də ürəkaçan deyil. Baş verən devolvasiyadan sonra daha çox zərbə imkansız təbəqəyə dəydi ki, belə ailələrdən biri də İradə Teyyubovagilin ailəsi oldu. Təəssüf doğuran hal odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev rüşvətxorluğa, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə aparır, amma akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində isə, hər cür xoşagəlməz hallara şərait yaradılır. Bu cür əyintilərin “çiçəklənməsi”ndə isə, birbaşa İmaməddin Bağırov kimi səriştəsiz həkimlərimizin də xüsusi rolu olur.

Diqqəti bir məqama da yönəldək ki, Əhmədiyyə Xəlilov dünyasını dəyişdikdən sonra İmaməddin Bağırov, mərhumun qızı İradə Teyyubovdan rüşvət aldığı 4 min manat rüşvəti geri qaytarmağa məcbur olur. Belə bir addımın atılması da, əslində adı çəkilən səhiyyə ocağında rüşvətxorluğun tüğyan etdiyini təsdiq etmiş olur.

Ümumiyyətlə, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin ümumi görünüşü nəzər-diqqəti cəlb etsə də, daxili aləmində baş verən həngamələr, tamam başqa-başqa mətləblərdən xəbər verir. Çünki, xəstəxana rəhbərliyinin yarıtmaz idarəçiliyi, bu gün də həmin ünvanın adını dillər əzbəri etməkdədir. Məsələn, xəstəxanaya ayaq basan hər kəs, ilk əvvəl giriş qapısındaca “soyulur”lar. Adı çəkilən səhiyyə ocağında başbilən həkim kollektivinin, “yolkəsən” tibb bacılarının, yaşıl xalat geyib ətrafa şölə saçan xadimələrin və.s qarşısında duruş gətirmək üçün, ya bankir, ya da ki, pullu-paralı biznesmen olmalısan. Əgər belə bir imtiyaz sahibi olmadın, vay sənin halına! Digər tərəfdən, xəstəxana rəhbərliyinin qəbul etdiyi “xəstəxanadaxili konstitusiya”, hər bir vəzifə sahibinə, xüsusilə də İmaməddin Bağırova “mütləqi-ixtiyar” verməklə bərabər, xəstələrin, yaxud da onların yaxınlarının “ciblərinə girmək” səlahiyyət də verib.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi dövlət səhiyyə ocağı olmasına baxmayaraq, xəstəxanada xəstələrə tutulan divan, dövlətin xəstələrə verdiyi dərman preparatlarının onlara pulla satılması, imtiyazlı xəstələrin incidilməsi və onlara biganə münasibətin bəslənməsi, xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarının qeybə çəkilməsi və.s kimi müdhiş amillərin varlığı, bir daha onu söyləməyəəsas verir ki, adıçəkilən səhiyyə ocağında rəhbərlik yarıtmaz idarəçiliyini, bu gün də davam etdirməkdədir.

Xəstəxananın daxilində yaşanan ab-hava haqda məlumatları XəbərAl.az xəbər portalına çatdıran başqa bir mənbə onu da bildirir ki, rəhbərliyin şəxsi maraqları, əksər hallarda ümummilli maraqlarmıza güc də gəlir. Məsələn, xəstəxanada çalışan həkimlərdən bəzilərinin, o cümlədən İmaməddin Bağırovun da iş fəaliyyəti, artıq şübhə altina alınıb. Bundan əlavə, adı çəkilən səhiyyə ocağında elə tibb bacıları var ki, adicə sərbəst iynə vurmaq, həkim reseptini oxumaq qabliyyətinə belə malik deyillər. Qan analizi laboratoriyasında, rentgen kabinetində, sarğı otağında və.s çalışanların, “mənə görüm-baxım etmirsənmi?” deyib hay-həşir salmaları da, xəstəxana rəhbərliyinin yarıtmaz idarəçiliyi haqda, lazımi fikirlər söyləməyəəsaslar verir.

Ümumiyyətə, adı çəkilən səhiyyə ocağında baş verən həngamələr haqda saatlarla yox, günlərlə həm yazmaq, həm də danışmaq lazımdır ki, bugünədək yaşanan ab-hava haqda lazımi məlumatları əldə etmək mümkün olsun. Yoxsa dərdimiz uzun, yaralarımız isə sağalmaz olacaq.

Araşdırmamız davam edəcək.

XəbərAl.az